AzTehsil.com


Xəbərlər / Müəllim
14 oktyabr 2019
4 112


Ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən Azərbaycan müəllimi



 

 


 "Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir”.

                                                                                          Ümummilli lider  Heydər Əliyev

" Əgər müəllim yalnız işi sevirsə, o, yaxşı müəllim olacaq. Əgər müəllim peşəsinə və şagirdə olan məhəbbətini özündə birləşdirirsə, o, kamil müəllimdir” .           
                                                                                                                 L.Tolstoy

"Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz”.                                                                                                                                                                 Sokrat
Dahilərin müəllim peşəsi haqqında dedikləri sözlər bu peşəsinin çox çətin, şərəfli və məsuliyyətli olduğunu göstərir. Cəmiyyətin gələcəyi  müəllimin bilik və tərbiyə verdiyi, vətənpərvərlik ruhunda  yetişdirdiyi  insanlardan  asılı olduğu üçün, müəllim peşə olduqca müqəddəs və şərəflidir.                                                 
"Müəllim” sözünün ərəbcədən mənası konkret fənn üzrə tədris prosesini həyata keçirən səlahiyyətli şəxs və ya məktəbdə hər hansı bir fəndən dərs deyən, nəsihət verən, öyüd verən, öyrədən şəxs deməkdir.                                                                   
XXI əsrdə hər sahədə yeniliklər  tətbiq olunur. Bu sahələr sırasında müəllim sənəti də həmişə yeniliklər tələb edən sənətdir. Müasir və peşəkar müəllim hər şeydən əvvəl gördüyü işdən zövq almalıdır. Müəllim şəxsi əhvalından asılı olmayaraq təkcə bilik alma prosesinə nəzarət edən şəxs deyil, o həm də şagirdə müsbət əhval – ruhiyyə bəxş etməyi  bacaran adamdır. Peşəkar müəllim həm də o şəxsdir ki, şagird fənni bir çox halda məhz ona görə sevir. Peşəkar və müasir müəllim ilk növbədə öz sahəsində kifayət qədər məlumat sahibi olmalı, bütün yeniliklərdən xəbərdar olmalı, tərbiyə etmək xüsusiyyətinə malik olmalı, gülərüz və təvazökar olmalı, bütün şagirdlərlə bərabərhüquqlu rəftar etməli, inkişafda olan texnologiyadan istifadə edəbilməli,peşəsini sevməli, özünə inamlı və cəsarətli olmalı,  iş yoldaşları, şagirdlər və valideynlərlə müsbət əlaqələr qurmağı bacarmalı, cəza və mükafatlardan konstruktiv və təşviqedici formada istifadə etməlidir. Hər şeydən əvvəl hər bir müəllim öz geyimi, davranışı, rəftarı, yüksək mədəniyyəti, ən əsası, dərin biliyi, savadı ilə şagirdlərinə nümunə olmalıdır. 

Y.A.Komenski biliksiz müəllimi susuz bulağa, işıqsız lampaya bənzədirdi. 
                     
El arasında müəllimi ikinci valideyn də adlandırırlar, çünki uşaq altı yaşına kimi valideynin himayəsində, altı yaşdan sonra həm valideynin,həm də müəllimin himayəsində olur. Bu baxımdan da müəllimin uşaqla olan təmasına xüsusi fikir verməli, uşaqlarla necə davranmalı olduğunu bilməlidir. Müəllim üçün bir sıra sahələr var ki,onları bilməsi vacibdir.Məsələn, müəllim psixologiya sahəsini bilməli, pedogika sahəsində bilikləri olmalı, idarəedici və təşkilatçılıq bacarıqlarına malik olmalıdır. Psixologiya müəllimə hər zaman lazım olur, çünki müəllim  təhsilalanlarla ünsiyyətdə olduğu zaman psixoloji durumlarda necə hərəkət edəcəyini bilməlidir. Pedogika sahəsini bilməyən müəllim təhsilalanlara zəngin bilik vermək qabiliyyətində ola bilməz. İdarəedicilik və təşkilatçılıq bacarıqları da müəllim üçün zəruri şərtlərdən biridir. Çünki dərsdə sinfi idarə etmək müəllimin üzərinə düşdüyündən bu sahədə biliyi olan müəllim sinfi rahatlıqla idarə edə bilir. Müəllim üçün ən vacib keyfiyyətlərdən biri də humanizimdir. Humanist münasibətlər şagirdin şəxsiyyətinə və fikrinə hörmət etməkdən,tədris fəaliyyətinə yüksək tələbkarlıqdan ibarətdir. 
Müasir müəllimin öz üzərində işləməyi onun  ən vacib  işi hesab olunur, çünki gündəlik çalışmayan müəllim dərsdə özünü heç vaxt sərbəst apara bilməz. Müəllimin məhsuldarlığı özünü yetişdirmədən mümkün deyil. Günümüzdə informasiya yenilikləri elə sürətlə gedir ki, ona tamaşaçı münasibəti bəsləmək olmaz, əksinə bu informasiya yeniliklərindən istifadə etmək lazımdır . Müəllim çalışmalıdır ki, fənninə aid ən yeni məlumatları şagirdləri ondan öyrənsin. Klassik pedaqogikanın görkəmli nümayəndələrindən olan F.V.Adolf Disterverq şagirdlərin əqli qabiliyyətlərini fəallaşdırmağı müəllimin ən vacib vəzifəsi hesab edərək, deyirdi ki, pis müəllim həqiqəti elan edir, yaxşı müəllim isə həqiqəti  tapmağın yollarını öyrədir. Deməli, müəllim şagirdlərə müəyyən bilikləri öyrətməklə yanaşı, onları öz üzərində işləməyə, biliyi axtarıb tapmağa da alışdırmalı, onlarda daxili motivasiya formalaşmasına çalışmalıdır. Qloballaşan bir cəmiyyətdə müəllimin yetişdirdiyi hər bir fərd cəmiyyətin inkişafı ilə paralel getməlidir. Bu baxımdan indiki nəslin qarşısına çıxan hər bir müəllim hərtərəfli  hazırlıqlı olmalıdır.                                                                                                                                                                                                       Bütün cəmiyyətin sifarişini yerinə yetirmək kimi ağır bir işi öz çiyinlərində daşıyan müəllim hər cür hörmət və qayğıya layiqdir. Gözünün nuru, beyninin ziyası, ürəyinin istisi ilə ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən bu peşə sahibləri qədirbilənlər tərəfindən yüksək qiymətləndirilmişlər. Bu və ya digər peşə sahibləri yetişdikləri mövgeyə görə daha çox öz müəlliminə borclu olduğunu iftxarla ifadə etmişlər. Makedoniyalı İskəndər müəllimin insan həyatında rolunu belə qiymətləndirmişdir: "Yaşamağım üçün atama, yaxşı yaşamağım üçün isə müəllimimə borcluyam" (Onun müəllimi əfsanəvi filosof Aristotel olmuşdur).

Müstəqil Azərbaycan təhsil sisteminin beynəlxalq təhsil sisteminə inteqrasiyası üçün təhsil sahəsində çoxlu dəyişikliklər, islahatlar gedir.          İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yeni əsrdə cəmiyyətin və insanların inkişafı üçün yaradıcı, müstəqil düşünən və inkişaf edən şəxsiyyət formalaşmalı, yetişdirilməlidir.
Müəllimin peşəkarlığı və səriştəliliyi müəllimin əslində bir müstəvidə – pedaqoji prosesdə öz fəaliyyətini peşəkarcasına yerinə yetirə bilməsi və bu prosesə səriştəli yanaşmasıdır. Başqa sözlə, yiyələndiyi peşənin bütün incəliklərini dərindən bilməsi, müəllimlik fəaliyyətini ustalıqla yerinə yetirməsi, həll edəcəyi problemi elmi şəkildə, optimal metodlarla reallaşdıra bilməsidir. Peşəkarlıq və səriştəlilik müəllim üçün vacib olan ən mühüm keyfiyyətlər sırasında ilk yerlərdən birini tutur. Bu iki keyfiyyət pedaqoji fəaliyyətin elə mühüm tərəflərini özündə birləşdirir ki,bunlar pedaqoji prosesin tamlığını, şəxsiyyətyönümlülüyünü, nəticəyönümlülüyünü  təmin etməklə təhsilalanların təfəkkürünün və şəxsiyyətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir və gənc nəslin zəngin biliyə, mütərəqqi dünyagörüşə malik bir şəxsiyyət kimi formalaşmasına səbəb olur. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında birinci strateji istiqamət olan "Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması”nın əsas hədəflərindən biri kimi təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin yaradılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Strategiyada deyilir: "Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur”. Müəllimin peşəkar olması, səriştəliliyi müəllim peşəsini daha nüfuzlu, müəllim əməyini daha maraqlı, daha məzmunlu və daha səmərəli edir. Son illər respublikamızda təhsilin inkişafı, onun madditexniki bazasının möhkəmləndirilməsi, yeni informasiya-kommunikasiya və təlim texnologiyalarının tətbiqi,müəllimlərin ixtisas və peşəkarlıq səviyyələrinin artırılması sahəsində bir sıra uğurlu işlər görülmüş və görülməkdədir. Peşəkar və səriştəli müəllim adını qazanmaq həm şərəfli, həm də çətin bir işdir. Buna nail olmaq daha çox öz peşəsinin zirvəsinə yüksəlmək üçün inadla çalışan, daim axtarışda olan, yeniliklər axtara-axtara özü də yenilikçi olan, yeni pedaqoji təfəkkürə yiyələnən müəllimlər belə bir adın sahibi ola bilirlər. Bu ad onları ucaltdığı kimi, onlar da müəllim adını müqəddəs tutur, onun nüfuzunu yüksəldir və ona maraq və məhəbbəti artırır.    








Загрузка...
Həmçinin oxuyun:
Müəllimin  şəxsi keyfiyyətləri

Müəllimin şəxsi keyfiyyətləri

Müəllim pedaqoji prosesdə əsas simadır

Müəllim pedaqoji prosesdə əsas simadır

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

Müəllimin şəxsi keyfiyyətləri bunlardir

Müəllimin şəxsi keyfiyyətləri bunlardir

Müəllimin peşə qabiliyyətləri.

Müəllimin peşə qabiliyyətləri.

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllim kimdir ?

Müəllim kimdir ?

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Qloballaşma dövründə şagird   şəxsiyyətinin formalaşması və  səriştəli müəllim amili

Qloballaşma dövründə şagird şəxsiyyətinin formalaşması və səriştəli müəllim amili

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Müəllim  pedaqoji  fəalliyətlə  peşəkarcasına  məşğul olan  insandır

Müəllim pedaqoji fəalliyətlə peşəkarcasına məşğul olan insandır

Müəllim mütaliə etmədiyi gün ölür

Müəllim mütaliə etmədiyi gün ölür

Müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarmalıdır

Müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarmalıdır

Müəllimin pedaqoji ustalığı

Müəllimin pedaqoji ustalığı

Müəllimin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi

Müəllimin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?