Uşaqları kompleks və qorxulardan azad etmək üçün psixoloqların bir neçə müalicə üsulu var. Onlardan biri də uşaqlara nağıl danışmaqdır.
Nağılları dinləməklə uşaqlarda qorxu hissi məhv olur, onlarda özgüvən və sərbəstlik hissi artır.
Həyatda qarşılaşdıqları çətinlikləri dəf etmək və problemləri həll etmək üçün müalicəvi nağılların uşaqlara çox faydası var. "Yaxşı nağıl” həqiqətən də, möcüzələr yarada bilər.
Buna görə valideynlərin başlıca vəzifələrindən biri uşaqlara nağıl danışmaqdır.
Nağıl danışılarkən bir tərəfdən izah edən adam ilə uşaq arasında ünsiyyət qurularkən, digər tərəfdən də uşağın bütün zehni fəaliyyətləri hərəkətə keçər. Oxuduğu və ya dinlədiyi nağıllardakı simvollar haqqında xəyallar quran uşaq hadisələrin inkişafına görə yaxşını və pisi, doğrunu və yanlışı ayırd etməyi öyrənər. Ümumiyyətlə qız uşaqları qız, oğlan uşaqları isə oğlan xarakterlərini cəmləşdirərək irəlidəki şəxsiyyətlərinin təməllərini atarlar. Təxminən 4-5 yaşına çatmış uşaqlar nağıllarda izah edilən bir çox hadisənin əslində doğru olmadığını bilirlər.
Nağıllara başlarkən deyilən və "Biri varmış Biri yoxmuş "deyə başlanılan cümlələrin məqsədi də uşaqlara bu mesajı verməkdir. Bununla yanaşı nağılı izah edən adamın da uşağa zaman-zaman fövqəladə hadisələrin yalnız nağıllarda olacağını söyləmələrində fayda vardır.
Nağıllar hər zaman yaxşı olanların qalib gəldiyi, səbirli olanların mütləq məqsədlərinə çatdıqları, edilən yaxşılıqların qarşılıqsız qalmayacağı, zəkanın çox zaman bədən gücündən üstün olduğu, sevginin bir çox şeydən daha qiymətli olduğu, yoldaşlığın çox əhəmiyyətli olduğu, əl-ələ vermənin və birlik içində olmanın hər zaman daha çox uğurlar gətirdiyi, heç bir zaman ümidsizliyə qapılmamaq lazım olduğu və əlimizdən gələni etdiyimiz təqdirdə müvəffəqiyyətin bizi onsuz da tapacağı mesajlarını verirlər.
Nağıllar sayəsində uşaqlar, onlara qayğı göstərən şəxslərlə isti bir əlaqə içərisində, sənət və təhsil məzmunlu bir zaman keçirirlər və bu vəziyyət onların həm idrak, həm də ictimai-psixoloji inkişaflarına olduqca əhəmiyyətli təsir edir.
Uşaqlar təkrarlanan hadisələrı xoşlayırlar. Çünki proseslərin yenilənə bilən olması, xarici mühitə özünü hazır hala gətirmək üçün çırpınıb dayanan, kiçik insanın narahatlığını azaldıcı təsirə malikdir.
Hər axşam ana və ya atanın təkrar-təkrar eyni nağılı oxuması onu xoşbəxt edər, inkişafına müsbət təsir göstərər.
Hekayələrin "xoşbəxt son" ilə bitməsi, kiçik yaşlı uşaqlarının gerçəkliyinə uyğundur, doğru istiqamətə xidmət edər.
Nağıllarda yer alan "qazanan-itirən", "yaxşı-pis" və s. anlayışlar, mühakimə bacarığı qazandırmada da əhəmiyyətli rola malikdir.
Uşaqlara oxunacaq nağıllar, yaşa uyğun seçilməlidir. Uzunluğu və məzmunu yaşa görə fərqli ola bilər.
Daha çox dağıdıcılıq, döyüş və s. nağıllarındansa, sadəlövh nağıllar seçə bilərsiniz. Bilmək lazımdır ki, kitab oxumaq, yemək yemək kimidir, sevmədinizsə davam edə bilməzsiniz. Buna görə uşağınıza kitablara dair seçki hüququ verməniz, həm sizi maraq və səbirlə dinləməsi, həm də gələcəkdə oxumağı sevən, oxuma şüuru olan bir fərd olması üçün əhəmiyyətlidir.
Klassiklər ilə başlamaq ideal fikirdir. Uşağın da xəyal gücünü istifadə etmək imkanı verən nağıllar daha münasibdir.
azertag.az