Xəbərlər
10 oktyabr 2019
100

“Təhsil avtobusu - Nəsimi” layihəsi üzrə mükafatlandırılma mərasimi

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Təhsil avtobusu - Nəsimi” layihəsi üzrə mükafatlandırılma mərasimi

 

 
Oktyabrın 10-da 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində "Təhsil avtobusu – Nəsimi" yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, layihənin təşkilatçıları və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər.  

          Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək "Azərbaycan üçün öyrət” təhsil proqramı üzrə artıq dördüncü dəfə həyata keçirilən və Nəsimi ilinə həsr olunan yay məktəbinin şagirdlərin şəxsi inkişafına, dünyagörüşünə müsbət təsir etdiyini qeyd edib. Nazir müavini bu istiqamətdə tərəfdaş qurumların verdiyi dəstəyin rolunun yüksək olduğunu vurğulayıb.

Mərasimdə bildirilib ki,  iyulun 23-dən start verilən layihə çərçivəsində Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edilib və 5 bölgənin 47  kənd, qəsəbə və şəhər məktəbindən ümumilikdə 200-ə yaxın şagird layihəyə cəlb edilib.

Nəsimi ilinə həsr olunan yay məktəbi müddətində şagirdlər peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və  intellektual yarışlarda iştirak ediblər.

Çıxışlardan sonra mükafatlar təqdim olunub. 

Qeyd edək ki, "Təhsil avtobusu" yay məktəbi  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.

"Təhsil avtobusu” yay məktəbi "Azərbaycan üçün öyrət” təhsil proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. Ümumilikdə "Təhsil avtobusu” yay məktəbi çərçivəsində 30 gün ərzində 8500 km yol qət edilib, 22 ali və orta ixtisas təhsili müəssisəsi, 32 şəhər, 75 kənd-qəsəbə məktəblərindən olan 700-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 250 akademik saatdan çox təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

"Təhsil Avtobusu – Nəsimi” Yay Məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın əsas dəstəyi, Bakcell, Paşa Həyat Sığorta və Optimal şirkətlərinin dəstəyi, Vitam Reklam, Şərq-Qərb ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Asmart yaradıcılıq mərkəzi, "Bir” Tələbə-Könüllü proqramı, BD Kids, Code Tusi şirkəti, SABAH qrupları, Sabah Futbol Klubu, Şəhanə online mağazasının tərəfdaşlığı ilə keçirilib. 

İctimai TV, ARB TV, Təhsil TV, 1News.az, Azərtac, Edumap Təhsil portal və Fam Tram layihənin media və informasiya  tərəfdaşıdır. 

 






DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...

Həmçinin oxuyun:
“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimatı

“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimatı

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Direktor məktəbinin Yay məktəbi layihəsində iştirakı üçün hara və necə müraciət etməlidir?

Direktor məktəbinin Yay məktəbi layihəsində iştirakı üçün hara və necə müraciət etməlidir?

“Təhsil avtobusu - Nəsimi” yay məktəbi

“Təhsil avtobusu - Nəsimi” yay məktəbi

“Təhsil avtobusu” yay məktəbinə start verilir

“Təhsil avtobusu” yay məktəbinə start verilir

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

“Qayıdış” Yaz Məktəbi başa çatıb.

“Qayıdış” Yaz Məktəbi başa çatıb.

“Qayıdış” Yaz Məktəbi keçiriləcək

“Qayıdış” Yaz Məktəbi keçiriləcək

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbi başlayır

SABAH III Karyera Qış Məktəbi başlayır

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

Təhsil Nazirliyində təltifetmə mərasimi

Təhsil Nazirliyində təltifetmə mərasimi

Qusar orta məktəbi pilot layihədə qalib olub

Qusar orta məktəbi pilot layihədə qalib olub

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH Karyera Akademiyası təqdim olundu