AzTehsil.com

Xəbərlər / Müəllim
06 oktyabr 2019
1 394

Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır

Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır

Ölkəmizdə ali təhsilin əlçatanlığının artırılması, rəqabət mühitinin formalaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirilir. Ali təhsilin və elmin inkişafına xüsusi önəm verən ölkə rəhbərinin cari ilin fevralında imzaladığı müvafiq sərəncamlara əsasən dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb. 2020-2021-ci tədris ilində isə 50 faizə çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb.
 
Bu tədbirlər 110 mindən çox tələbəni əhatə edir. Eyni zamanda, ali təhsil müəssisələrində dövlət sifarişi yerləri 66 faiz artırılıb. Beləliklə, ali təhsil alma imkanları genişləndirilib, son 5 il ərzində qəbul olunan tələbələrin sayında təxminən 21 faiz artım olub.

Bu fikri AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirdə Təhsil naziri Ceyhun Bayramov söyləyib. Nazir deyib: "Azərbaycan təhsilinin və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri müasir inkişaf səviyyəsinə adekvat olan yüksəkixtisaslı, peşəkar, rəqabətqabiliyyətli kadrlar, o cümlədən elmi kadrlar hazırlanmasından ibarətdir. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. Proqram universitetlərimizdə ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından istifadə etməklə ikili diplom proqramlarının tətbiqi, əcnəbi professorların ali məktəblərimizə cəlb olunması ilə akademik potensialın gücləndirilməsi, dünyanın aparıcı ali məktəblərində doktorantura təhsilinin maliyyələşdirilməsi kimi son dərəcə vacib istiqamətləri özündə ehtiva edir. Aidiyyəti dövlət qurumları ilə birlikdə Dövlət Proqramının icrası istiqamətində tədbirlərə artıq başlanılıb. Əminliklə söyləyə bilərik ki, bu sənəd ali təhsilin digər komponentləri ilə yanaşı, ölkəmizdə elmi fəaliyyətin modernləşdirilməsi və onun səmərəliliyinin artırılması baxımından müstəsna rol oynayacaq”.

Təhsil naziri bildirib ki, elmin davamlı inkişafına nail olunması, alimlərimizin beynəlxalq elmi bazalara çıxışının asanlaşdırılması məqsədilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan "Clarivate Analytics” şirkəti ilə əməkdaşlıq nəticəsində ölkəmizin ali təhsil və elm müəssisələri "Web of Science” elmi platformasına çıxış əldə edib. Bu uğurlu əməkdaşlıq artıq müsbət nəticələrini verib. Son illərdə alimlərimizin "Web of Science” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı 72 faiz, ali təhsil müəssisələri üzrə sayı 2,1 dəfə artıb. Cari ilin martına olan məlumata əsasən, "Web of Science” elmi bazasında Azərbaycan üzrə 1450 elmi tədqiqat işi qeydə alınıb, həmin elmi platformaya 2018-ci ildə daxil olan məqalələrin sayına görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib. Əldə olunan uğurlu nəticələr nəzərə alınmaqla, "Clarivate Analytics” şirkəti ilə 2019-2021-ci illəri əhatə edən yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Hazırda alimlərimizin qarşısında duran əsas vəzifə elmi məqalələrin kəmiyyətindən çox, keyfiyyətin və istinad sayının artırılmasına nail olunması, daha yüksək impakt faktorlu jurnallarda nəşrlərin sayının artırılmasıdır. AZƏRTAC

Загрузка...
Həmçinin oxuyun:
AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Gələcək elm- Bacaracağıqmı?

Gələcək elm- Bacaracağıqmı?

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

“Dünyadakı yeniliklərin Azərbaycana gətirilməsi istiqamətində işlər görülür” – Ceyhun Bayramov

“Dünyadakı yeniliklərin Azərbaycana gətirilməsi istiqamətində işlər görülür” – Ceyhun Bayramov

Təqaüdlər bu gündən etibarən artırılıb

Təqaüdlər bu gündən etibarən artırılıb

“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş

Təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsil naziri İsmayıllıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq

Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq

Təhsil naziri: "Magistraturaya qəbul olanların sayı 36 faiz artıb"

Təhsil naziri: "Magistraturaya qəbul olanların sayı 36 faiz artıb"

Nazir müavini: "Ən mühüm vəzifə perspektivli alimləri Azərbaycanda saxlamaqdır"

Nazir müavini: "Ən mühüm vəzifə perspektivli alimləri Azərbaycanda saxlamaqdır"

Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Azərbaycan Universiteti ilə Rusiyanın elmi istinad bazası arasında müqavilə imzalanıb

Azərbaycan Universiteti ilə Rusiyanın elmi istinad bazası arasında müqavilə imzalanıb

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib