AzTehsil.com


Xəbərlər
06 avqust 2019
2 110


Günəşdən Yerə doğru plazma seli gəlir



Günəşdən Yerə doğru plazma seli gəlir

 

 
Günəşdən Yerə doğru gələn plazma seli canlı aləmə mənfi təsir göstərir.

AzTehsil.com xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılov gözlənilən geomaqnit qasırğasından danışarkən deyib.

O bildirib ki, son bir neçə ildə qlobal istiləşmə özünü göstərməkdədir. Qrenlandiyada buz qatlarının əriməsinə diqqət çəkən N.İsmayılov bildirib ki, tədqiqatlar Yer tarixində zaman-zaman bu cür hadisələrin olduğunu göstərir:

"Bəzi mütəxəssislər hesab edir ki, belə hallar Yerdə olan texnogen hadisələrin nəticəsidir. Yəni sənaye inkişaf etdikcə, atmosfer çirklənməsi baş verir. Burada həqiqət var. Amma onu da qəbul etmək lazımdır ki, kainatda Yerin ölçüləri o dərəcədə qlobal göstərici deyil ki, hadisələrə daha çox təsir etsin”.

Professor qeyd edib ki, 10 min ildən bir Yerdə katastrofik hadisələr baş verir:

"Məsələn, Günəş aktivliyində, 10-20 illik tsikllər var. Günəşdə periodik dəyişmələr olur ki, bu da Yerə təsirsiz ötüşmür. Bizdə olan məlumata görə, hazırda Günəş fəallığı azalmaq üzrədir. Yəni qarşıdakı illərdə Günəş fəallığının daha da azalacağı gözlənilir”.

N.İsmayılov bildirib ki, Günəş böyük bir plazma kütləsidir:

"Plazma hərəkət etdikcə, maqnit sahəsi yaranır. Günəşdə maqnit sahəsinin yaranması üçün müxtəlif mexanizmlər var. Ən çox qəbul olunan dinamo mexanizmidir. Günəşin atmosferi diferensial fırlanır. Sadə dillə desək, atmosferin müxtəlif təbəqələri ox ətrafında müxtəlif sürətlə fırlanır. Nəticədə də maqnit sahələri yaranır. Maqnit sahələri Günəşin daxilindən gələn enerjini plazma ilə bir yerdə bayıra ötürür. Bu zaman çoxlu maddə maqnit sahəsinin təsirinə düşür”. 

Rəsədxananın əməkdaşı deyib ki, Günəşdəki maqnit sahəsi enerjini özündə toplayır və onu boşaltmağa məcbur olur:

"Bu isə alışmalara səbəb olur. Alışmalar nəticəsində Yer kürəsi istiqamətinə plazma seli gəlir. Bu sellər digər istiqamətlərdə də atıla bilər, bunun təhlükəsi yoxdur.

Bizim üçün ağır hal o vaxt olar ki, proton, neytron və elektron seli Yerə doğru gəlsin. Amma Yerin maqnit sahəsi var və bu sellərə qarşı müqavimət göstərir. Buna baxmayaraq, bu proses Yer səthində həyəcan yaradır, o cümlədən canlı aləmə və bitkilərə, radiorabitəyə mənfi təsir göstərir”.

Qeyd edək ki, Şamaxı Astrofizika Rəsədxanası maqnit qasırğasının gözlənildiyi barədə xəbərdarlıq edib.

Məlumatda bildirilir ki, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Proqnoz dövründə - 5-7 avqust tarixlərində Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda maqnit qasırğası gözlənilir

Azərbaycanda maqnit qasırğası gözlənilir

Valideynlər uşaqların suallarına cavab verə bilirmi? - Biliyin rolu

Valideynlər uşaqların suallarına cavab verə bilirmi? - Biliyin rolu

Alimlər bu ay 3 geomaqnit qasırğası olacığını açıqlayıblar

Alimlər bu ay 3 geomaqnit qasırğası olacığını açıqlayıblar

Uşağın yaşına uyğun boyu və çəkisi - boyu necə artırmaq olar?

Uşağın yaşına uyğun boyu və çəkisi - boyu necə artırmaq olar?

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

AMEA-nın bir institutu digərini ittiham edib

AMEA-nın bir institutu digərini ittiham edib

Dünyanın əslində düz olduğunu ciddi şəkildə sübut etməyə çalışan qəribə faktlar

Dünyanın əslində düz olduğunu ciddi şəkildə sübut etməyə çalışan qəribə faktlar

Azərbaycanlı astroloq: "Qiyamətin tarixi və günü bəllidir"

Azərbaycanlı astroloq: "Qiyamətin tarixi və günü bəllidir"

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

Dildə lüzumsuz yerə alınmaların işlədilməsinə yol vermək olmaz- EKSPERT

Dildə lüzumsuz yerə alınmaların işlədilməsinə yol vermək olmaz- EKSPERT

Prezident Bakı Dövlət Universitetinə rektor təyin etdi

Prezident Bakı Dövlət Universitetinə rektor təyin etdi

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

Uşaqlarda nitq qüsurları nədən yaranır?

Uşaqlarda nitq qüsurları nədən yaranır?

Görünməyən elektronik epidemiya uşaqlarda korluq yaradır - SOS

Görünməyən elektronik epidemiya uşaqlarda korluq yaradır - SOS

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Akif Əlizadə: Bəzi elmi məktəblər sönmək üzrədir

Akif Əlizadə: Bəzi elmi məktəblər sönmək üzrədir

İsti havada   necə qorunmalı

İsti havada necə qorunmalı

ADU-da Şahin İsmayılovla görüş keçirilib

ADU-da Şahin İsmayılovla görüş keçirilib

Şagirdi məhvə aparan müəllim ifadələri və yanlış davranışlar – Psixoloqdan müraciət

Şagirdi məhvə aparan müəllim ifadələri və yanlış davranışlar – Psixoloqdan müraciət

“Azərbaycanda universitet tələbəsi tozlu havadan zərbə alır” – Görmədiyimiz gizli problem

“Azərbaycanda universitet tələbəsi tozlu havadan zərbə alır” – Görmədiyimiz gizli problem