AzTehsil.com


Xəbərlər
30 may 2019
1 908


Təhsildən yazan jurnalistlər üçün təlim



Təhsildən yazan jurnalistlər üçün təlim

 

 
Mayın 30-da Təhsil Nazirliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlim öz işinə başlayıb.

Təlimin ilk günü Təhsil nazirinin müavini Firudin Qurbanov giriş nitqi ilə çıxış edərək ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılmasının daim diqqət mərkəzində olduğunu vurğulayıb. Dövlətimizin mətbuatın inkişafına hər zaman yüksək diqqət göstərdiyini deyən Firudin Qurbanov bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra təlimin əhəmiyyətindən söz açan nazir müavini Təhsil Nazirliyinin də media ilə sıx əməkdaşlıq şəraitində iş apardığını diqqətə çatdırıb. Təlimin təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması və media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi, eləcə də görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılması məqsədilə təşkil olunduğunu deyən Firudin Qurbanov çıxışının sonunda təlim iştirakçılarına uğurlar arzulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə "Media və təhsil” mövzusunda çıxış edib. Təhsil sahəsində bir çox nailiyyətlər əldə olunduğunu deyən Əflatun Amaşov son zamanlarda mətbuatda təhsillə bağlı bəzi xoşagəlməz məlumatların paylaşıldığını da xüsusi qeyd edib. Şura sədri medianın cəmiyyətin həyatında roluna toxunaraq jurnalistləri yalan və qərəzli xəbərlər yaymaqdan çəkinməyə çağırıb, həmçinin bu sahə üzrə mövcud qanunvericiliyə əməl edilməsinin vacibliyini vurğulayıb.

Təlimin ilk gününün birinci yarısında Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan  gözləntilər, Akkreditasiya və Nostrifikasiya İdarəsinin şöbə müdiri Turan Topalova  "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)”, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev  isə "İstedadlı uşaqlarla iş” mövzularında təqdimatlarla çıxış ediblər.

Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Təlim işini davam etdirir.




Загрузка...
Həmçinin oxuyun:
Maarifləndirici təlimin ilk günü başa çatıb

Maarifləndirici təlimin ilk günü başa çatıb

Nazirlik təhsil sahəsində fərqlənən jurnalistləri MÜKAFATLANDIRDI

Nazirlik təhsil sahəsində fərqlənən jurnalistləri MÜKAFATLANDIRDI

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

Təhsil Nazirliyində təltifetmə mərasimi

Təhsil Nazirliyində təltifetmə mərasimi

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

Çinin ölkəmizdəki səfiri ilə görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib” -Rektor

“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib” -Rektor

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

Əməkdaşlıq memorandumu imzalanıb

Əməkdaşlıq memorandumu imzalanıb

Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüş

Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüş

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Təhsil Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Təhsil Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub