Suallar canlı yayımda cavablandırılacaq
Sabah saat 16:00-da Dövlət İmtahan Mərkəzinin (DİM) "Facebook” səhifəsi və "Youtube” kanalı vasitəsilə sınaq imtahanı ilə əlaqədar canlı yayım olacaq.
DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə canlı yayımda sınaq imtahanının nəticələrinin elmi-statistik analizini izləyicilərə təqdim edəcək. Bundan əlavə, DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, həmçinin açıq tipli tapşırıqlarla bağlı geniş izahat veriləcək.
İmtahanda istifadə olunmuş test tapşırıqları ilə əlaqədar abituriyentlər suallarını "Facebook”da verilən müvafiq postun altına yaza və ya [email protected] ünvanına göndərə bilərlər. Suallar canlı yayımda DİM-in əməkdaşları və ekspertlər tərəfindən cavablandırılacaq. Sualına dolğun cavab tapmaq istəyən abituriyent onu tam aydın və dəqiq ifadə etməlidir. Bölmə, ixtisas qrupu, fənn və test tapşırığının nömrəsi göstərilməlidir.