Xəbərlər / Ziyalılar / Müəllim
23 yanvar 2019
1 990


“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

 

Yanvarın 23-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.


Konfransda bir sıra dövlət qurumlarının, beynəlxalq təşkilatların, ali təhsil müəssisələrinin və şirkətlərin nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən ASK-nın prezidenti Məmməd Musayev gənclərin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərək, məşğulluğun təminatında təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın mühüm rola malik olduğunun vacibliyini bildirib.  

Təhsil nazirinin müavini İdris İsayev təhsilin iqtisadiyyatın inkişafında, insan kapitalının formalaşmasında və gənclərin məşğulluğunun təmin olunmasında əsas amillərdən biri olduğunu qeyd edib və bu sahədə peşə təhsilinin rolunu xüsusi vurğulayıb.

İdris İsayev bildirib ki, hazırda peşə təhsili sistemində ciddi islahatlar, təhsilin məzmununun işəgötürənlərin tələblərinə uyğunlaşdırılması, bu sahəyə investisiyaların cəlb edilməsi üçün tədbirlər həyata keçirilir. Ötən il peşə sahəsində 20 yeni ixtisasın peşə təsnifatına daxil edildiyini deyən nazir müavini diqqətə çatdırıb ki, aparılan tədbirlər nəticəsində məzunlar əmək bazarında öz yerlərini tutmağa başlayıb. Turizm sahəsi üzrə məzunların 62,3 faizi, informasiya texnologiyaları üzrə 73 faizi, xidmət sahəsi üzrə isə 69 faizi işlə təmin olunub.

Nazir müavini qeyd edib ki, "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlıq sisteminin həyata keçirilməsi əsas şərtlərdən biridir.

Strateji Yol Xəritəsi və "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda işəgötürənlərin stimullaşdırılması ilə bağlı maliyyə, hüquqi və digər sahələr üzrə güzəştlərin verilməsinin nəzərdə tutulduğunu vurğulayan nazir müavini bunun özəl sektorun peşə təhsili ilə tərəfdaşlığa daha çox maraq göstərməsinə imkan yaradacağını diqqətə çatdırıb.

Tədbirdə digər çıxış edənlər əmək bazarının çağırışları, problemlər və onların həlli yolları, sosial dialoqun inkişafı, gənclərin məşğulluğu sahəsində mövcud vəziyyət və beynəlxalq təcrübə barədə geniş məlumat veriblər.

Konfransda daha sonra BƏT tərəfindən "Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

 "Əmək bazarının tələbləri, təhsil, təlim və bacarıqların inkişafı” mövzusunda keçirilən panel iclasda Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi işəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə əməkdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayıb, agentlik tərəfindən bu istiqamətdə görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Daha sonra tədbir "Gənclər arasında sahibkarlığın inkişafı”, "Əlverişli qanunvericilik və əmək münasibətləri” mövzularında panel iclaslarla davam edib.  
 

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

 

 

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

 

 

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

 

 

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Peşə seçiminə dair tədbirlər keçirilir

Peşə seçiminə dair tədbirlər keçirilir

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

Peşə məktəblərində diaqnostik qiymətləndirilmə davam edəcək - NAZİRLİK

Peşə məktəblərində diaqnostik qiymətləndirilmə davam edəcək - NAZİRLİK

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Peşə məktəbi müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Peşə məktəbi müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Peşə məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinin vaxtı AÇIQLANDI

Peşə məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinin vaxtı AÇIQLANDI

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır