AzTehsil.com


Xəbərlər / H/N sənədlər / Valideyn / Müəllim
17 yanvar 2019
6 768


Məktəbli kitabçasına qiymət yazarkən müəllim nəyə diqqət etməlidir?



 

 

 

Hazırda məktəbdaxili qiymətləndirmə - şagird nailiyyətlərinin qiymətləndirilməsi, kurikulum üzrə və ümumi təhsilin pillələri üzrə yekun qiymətləndirmədənibarətdir.


Şagird nailiyyətlərinin monitorinqi diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (irəliləmə və geriləmələrin izlənməsi) və summativ (yekun) qiymətləndirmə formalarında aparılır.


Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən mexanizmdir.


Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək üçün aparılır. Nəticələrə uyğun olaraq müəllim təlim strategiyasını və şagirdlərin hər birinə fərdi yanaşma yollarını müəyyənləşdirir. Diaqnostik qiymətləndirmənin nəticələri jurnalda qeyd olunmur.


Şagirdin summativ və formativ qiymətləndirməsinin nəticələri isə onun "məktəbli kitabçası”na yazılır.


Bəs məktəbli kitabçasına qiymət yazarkən müəllim nəyə diqqət etməlidir?


Formativ qiymətləndirmətədris-təlim fəaliyyətini davamlı olaraq müşayiət edən prosesdir və bunu birbaşa müəllim həyata keçirir. Formativ qiymətləndirmənin nəticələri məktəbli kitabçasına yazılaraq şagird və valideynlərə çatdırılır.


Məktəbli kitabçası hansı hissələrdən ibarətdir?


- Təqvim və təqvimlər üzrə dərs cədvəli


- Fotmativ və summativqiymətləndirmənin nəticələri


- Buraxılan dərslərin miqdarı (üzrlü və üzrüsüz, cəmi) ,


- Valideynin qeydi və imzası üçün yer


- Müəllimin imzası


Formativ qiymətləndirməyə ayrılan yer, summativqiymətləndirməyə ayrılan yerdən böyükdür. Çünki formativ qiymətləndirməninnəticələri rəqəmli deyil, məktəbli kitabçasında sözlə təsvir edilir. Ümumiyyətlə, formativ qiymətləndirmə üçün müəllim xüsusi vaxt ayırmalı deyil. Bu, bütün dərs boyu davam edən bir prosesdir və müəllim daim şagirdləri müşahidə etməlidir.


Müəllimin "məktəbli kitabçası”na formativ qiymətləndirmə yazarkən diqqətli etməli olduğu məqamlardan biri isə onun nə yazması ilə bağlıdır. Ümumən,interaktiv tədris metoduna əsasən, şagirdləri motivasiya etmək üçün onları ruhlandırıcı ifadələrdən (əla, afərin, super və s.) istifadə etmək zəruri hesab olunur. Lakin müəllimlər bilməlidir ki, bu kimi sözləri məktəb gündəliyinə şagirdlərin formativ qiymətləndirməsi kimi əlavə etmək olmaz. Onlar uşağın dərs boyu özünü necə aparması, dərsə həvəsini və ya diqqətinin yayınmasını sözlə təsvir etməlidirlər. Summativ hissəsinə isə qiymət, yalnız summativqiymətləndirmə aparıldığı zaman yazılır. Bu, hər gün deyil , 2 həftədən gec olmayaraq tətbiq edilir. Müəllimin imzası hissəsinə isə fənn müəllimi öz imzasını yazmalıdır.


Əgər hansısa dərsdən summativqiymətləndirmə keçirilirsə, tapşırıq hissəsinə də "Kiçik SummativQiymətləndirmə” deyə qeyd olunur. Belə olan halda, formativ qiymətləndirmə hissəsinə KSQ zamanı istifadə etdiyiniz üsul və vasitəni yazmalısınız. Yəni, daha şagirdin sözlə təsvirinə ehtiyac yoxdur.Amma KSQ və BSQ keçirilən dərslərdə ümumiyyətlə formativ qiymətləndirmə hissəsini boş saxlamaq mümkündür.


Qeyd edək ki, müəllim hər gün bütün şagirdlərin gündəliyinə qeyd yazmalı deyil. Bu qeydlər vaxtaşırı və lazım gəldikcə, hər hansı məsələ barədə şagird və valideynin mütləq məlumatlandırılmalı olduğu hallarda edilir.




Загрузка...
Həmçinin oxuyun:
Müəllimləri formativ qiymətləndirmə ilə bağlı ən çox narahat edən məsələyə  RƏSMİ  CAVAB

Müəllimləri formativ qiymətləndirmə ilə bağlı ən çox narahat edən məsələyə RƏSMİ CAVAB

Hər bir müəllimin bilməli olduğu DÜSTUR

Hər bir müəllimin bilməli olduğu DÜSTUR

Formativ qiymətləndirmə necə aparılır?

Formativ qiymətləndirmə necə aparılır?

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən suallar və cavabları

Məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən suallar və cavabları

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi

Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi

Formativ qiymətləndirməyə dair müzakirələr apardılar

Formativ qiymətləndirməyə dair müzakirələr apardılar

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

I siniflərdə ləğv edilən summativ qiymətləndirməni nə  əvəzləyəcək? – Rəsmi

I siniflərdə ləğv edilən summativ qiymətləndirməni nə əvəzləyəcək? – Rəsmi

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Summativ Qiymətləndirmələrlə bağlı ehtimal olunan dəyişikliklər

Summativ Qiymətləndirmələrlə bağlı ehtimal olunan dəyişikliklər

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

Şagirdləri qiymətləndirməyin 3 yolu

Şagirdləri qiymətləndirməyin 3 yolu

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar