Xəbərlər
10 dekabr 2018
2 397

Bit-birə basdığı deyilən kənd məktəbinin direktoru danışdı: “Bu, böhtan, iftiradır”

Goranboy rayon Qızılhacılı qəsəbə 1 saylı orta məktəbin pedaqoji kollektivi AzEdu.az-a məktəbin qəzalı vəziyyəti, nizam-intizam qaydalarının pis olması ilə bağlı məlumat veriblər.

AzEdu.az  ümumtəhsil müəssisəsindəki problemi araşdırmaq  məqsədilə, məktəbin direktoru Qabil Həsənovla əlaqə saxlayıb. Direktor bildirib ki, deyilənlərdən yalnız məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı fikirlər düzgündür:

"Əslində, heç bina qəzalı vəziyyətdə də sayılmaz. Sadəcə məktəb köhnə binada yerləşdiyinə görə əsaslı təmirə ehtiyacı var.  Təmirlə bağlı isə aidiyyatı orqanlara müraciət olunub. Məktəbin təmiri gözlənilir”. 

Məktəbdə gigiyena qaydaların əməl olunmaması, şagirdlər arasında bit-birənin yayılması iddiasına gəlincə isə direktor bunların tamamilə yalan olduğunu deyib:

"Həmçinin, nizam-intizam qaydalarının pozulması, MİQ imtahanından keçməyən müəllimlərin burada çalışması faktı isə tam əsassızdır.

Mən məktəbdə bu tədris ilindən işləyirəm. Nazirin əmri ilə yerdəyişmə edərək bura direktor təyin olunmuşam. Burada müəyyən nizam-intizam yaratmışam. Bəlkə də bu, kimlərəsə xoş gəlmədiyinə görə belə danışıblar. Başqa bir şey yoxdur. Bu məlumatlar şər və böhtan xarakterlidir. Bu barədə rayon təhsil şöbəsinin də məlumatı var. Onlar hər şeyi bilir, gəlib yoxlayıb və araşdırma aparıblar”.

Qeyd edək ki, məktəb kollektivinin AzEdu.az-a ünvanladığı müraciətində bunlar qeyd olunub:

"Məktəbi bit, cücü bürüyüb. Sinif otaqları qəzalı vəziyyətdədir. Buna görə şagirdlər dərsə də girmək istəmirlər. İdarəçilik zəif olduğuna görə, şagirdlər "zırpaket” partlatmaqla məşğuldurlar.

Elə şagirdlər var ki, adları jurnala yazılıb, özləri dərsə gəlmirlər. Bəzi şagirdlər isə dərsə gəlsələr də tez gedirlər. Bu, davamiyyətə ciddi təsir göstərir”.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Direktordan sabahla bağlı xəbərdarlıq: “Məktəbin qəzalı korpusunun qarşısında toplaşmayın”

Məktəb direktorundan xəbərdarlıq: Mən məsuliyyət daşımıram

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Şagirdləri qəzaya salan sürücü həbs edildi – Direktor müavinindən açıqlama

Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi: "Hazırda xəstəxanadadır"

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Mingəçevir Peşə  Məktəbi qəzalı vəziyyətdədir

"20 nömrəli məktəb fəaliyyətə başlayacaq" -AÇIQLAMA

Füzuli məktəbi niyə çadırda qalıb? - VİDEO

100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək

Ölkədə 100 modul tipli məktəb istifadəyə veriləcək

Qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir

Tahir Kərimlinin “ilan gördüyü” məktəbin direktoru: “Valideynləri geri qaytarırıq”

"Əməliyyat olunan şagirdlər palataya köçürülüblər” - Direktor danışdı

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Bölgələrdə məktəbli forması problemi

Bölgələrdə məktəbli forması problemi

Qubada məktəb binası qəzalı vəziyyətə düşüb

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

"Bunu həm şagirdlər, həm valideynlər, həm də elə biz səbrsizliklə gözləyirik!"

Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

Bakıda hazırda 2 yeni məktəb tikilir, 13-ü isə əsaslı təmir olunur – Ən son rəsmi statistika

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

Şagirdləri damarlarını kəsən məktəbin direktor müavini: “Zarafatlaşıblar”

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri