AzTehsil.com


Xəbərlər
03 avqust 2018
2 889


DİM üzləşdiyi əsassız böhtanla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək...



 

Son günlər Dövlət İmtahan Mərkəzinə Gəncə şəhərində ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə keçirilən qabiliyyət imtahanlarında korrupsiya hallarının baş verməsinə dair müraciətlər daxil olmuşdur. Eyni məzmunlu müraciətlər bir sıra KİV tərəfindən də yayılmışdır.
 
Aztehsil.com AzEdu.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinə müraciət daxil olduqdan dərhal sonra Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin göstərişi əsasında bu halların araşdırılması məqsədilə xüsusi komissiya yaradılmış və komissiya üzvləri Gəncə şəhərinə ezam olunmuşlar.
 
Komissiya üzvlərinin araşdırmalarına əsasən, məlum olmuşdur ki, bir qrup Gəncə şəhər sakini tərəfindən irəli sürülən iddiaların heç bir əsası yoxdur. Burada əsas məqsəd qabiliyyət imtahanlarında obyektivliyin təmin edilməsi üçün cəlb edilmiş DİM-in Gəncə Regional Bölməsinin əməkdaşlarına qarşı qərəzin nümayiş etdirilməsidir. Belə ki, DİM-ə müraciət ünvanlayan şəxslərin əvvəllər qabiliyyət imtahan komissiyalarının üzvləri olmuş və qeyri-qanuni fəaliyyət göstərməyə və prosesin şəffaflığına müdaxilə etməyə cəhd etdikləri üçün komissiya üzvlüyündən xaric edilmiş, Gəncədə fəaliyyət göstərən universitetlərin əməkdaşları olması aşkar edilmişdir. Həmin şəxslər onlara bu proseslərə müdaxilə etməyə mane olan DİM Gəncə Regional Bölməsinin əməkdaşlarına və hazırkı imtahan komissiyasının üzvlərinə qarşı açıq qərəz nümayiş etdirməklə böhtan atırlar.
 
Yazılan əssasız böhtan xarakterli iddialara cavab olaraq qeyd edirik ki, keçən il də belə bir müraciət Gəncə ziyalıları adından edilmişdir. Araşdırma nəticəsində müraciətdə adları qeyd olunan ziyalıların heç birinin həmin müraciətdən xəbərdar olmaması faktı müəyyən edilmişdir. Bir sıra şəxslər Gəncə ziyalıları adından çıxış edərək ictimaiyyət arasında mənfi fikirlər yaratmağa çalışırdılar. Bu yazılar artıq bu il də, iyul ayının 26-dan yenidən yayılmağa başlanıb. Diqqətinizə çatdırırıq ki, iyulun 26–dək Gəncə şəhərində yalnız musiqi istiqaməti üzrə iki gün imtahan keçirilmişdir. Bu imtahanlarda şəffaflığın təmin olunması üçün video çəkliş aparılmışdır. Amma müraciətlərdə İdman, Dizayn, Təsviri İncəsənət müəllimliyi ixtisaslarının imtahanlarında qaydaların pozulması, turnikdə çəkinə bilməyənlərə, əl işi olmayanlara qiymət yazılması barədə məlumatlar qeyd edilmişdir.
 
Bildiririk ki, müraciət daxil olduqda Gəncədə İdman istiqaməti üzrə qabiliyyət imtahanları hələ başlamamışdı və avqustun 1–dən 9-dək aparılması nəzərdə tutulmuşdu. Təsviri İncəsənət müəllimliyi istiqaməti üzrə də, eyni qaydada, imtahanlar 1-2 avqust tarixlərində keçirilməli idi. Bu sadə faktlar məsələnin əsl mahiyyəti barədə hər şeyi açıq deyir.
 
Müraciətdə GDU-nun müəllimi Xəqani Umudovun da adı çəkilir. DİM-in Gəncə Regional Bölməsinin işçilərindən alınmış izahatlardan məlum olmuşdur ki, bu şəxslə əməkdaşların heç bir əlaqəsi yoxdur, hətta həmin şəxsi tanımırlar.
 
Onu da qeyd etmək istəyirik ki, qabiliyyət imtahanları mərkəzləşdirilmiş qaydada aparılır və imtahanlara müvafiq sahə üzrə yaradıcılıq ittifaqlarından, ictimai təşkilatlardan və təhsil müəssisələrindən ekspertlər cəlb olunur. Qabiliyyət imtahanlarında qiymətləndirməni aparan da DİM-in əməkdaşları deyil, həmin imtahanlara cəlb olunan ixtisas üzrə ekspert-müəllimlərdir.
 
Biz istərdik ki, bu məsələ ilə bağlı heç olmazsa, qəbul olan, imtahanlarda iştirak edən abituryentlərlə bir sorğu keçirilsin. Vaxtilə bu işlərlə məşğul olmuş bir qrup dələduz imtahan verəcək abituriyentlərin valideynlərini aldadaraq pul müqabilində onları qabliyyət imtahanlardan keçirmək adı ilə vəsaitlərini alıblar. Bu abituriyentlər imtahanlardan məqbul qiymət aldıqda biz keçirdik, qeyri məqbul qiymət aldıqda isə baş tutmadı deyərək öz çirkin əməllərini həyata keçiriblər. Çox əfsuslar olsun ki, bu valideynlərdən hüquq mühafizə orqanlarına şikayət edənlər olmur. Biz istərdik belə bir fakt varsa, hüquq mühafizə orqanlarına şikayət olunsun və məsələ araşdırılsın.
 
DİM öz nöbəsində bu əsassız böhtan xarakterli iddialarla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək. Müraciətdə qeyd edilən hallar araşdırılsın, məsələyə hüquqi qiymət verilsin və qanunpozuntusuna yol verən şəxslər məsuluyyətə cəlb olunsunlar.



Загрузка...
Həmçinin oxuyun:
9-cu sinifdən orta ixtisas müəssisələrinə qəbul olmaq istəyənlərin nəzərinə...

9-cu sinifdən orta ixtisas müəssisələrinə qəbul olmaq istəyənlərin nəzərinə...

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı ləğv olunacaqmı?DİM-dən açıqlama

Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı ləğv olunacaqmı?DİM-dən açıqlama

Bu təhsil müəssisələrinə də tələbə qəbulu qaydaları dəyişdi

Bu təhsil müəssisələrinə də tələbə qəbulu qaydaları dəyişdi

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

Bu gündən kolleclərə qabiliyyət imtahanı başlayıb

Bu gündən kolleclərə qabiliyyət imtahanı başlayıb

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

İçərisində 56 yaşlı iştirakçının da oluğu 26332 abituriyent bugün imtahan verib.

İçərisində 56 yaşlı iştirakçının da oluğu 26332 abituriyent bugün imtahan verib.

İyulun 22-i keçirilən qəbul imtahanlarında 27961 abituriyent iştirak edəcək

İyulun 22-i keçirilən qəbul imtahanlarında 27961 abituriyent iştirak edəcək

Qeydiyyat bu gün başa çatır!

Qeydiyyat bu gün başa çatır!

Dövlət İmtahan Mərkəzi müsabiqə elan edir

Dövlət İmtahan Mərkəzi müsabiqə elan edir

Qabiliyyət imtahanlarının tarixi açıqlandı

Qabiliyyət imtahanlarının tarixi açıqlandı

Memarlıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər elektron qeydiyyatdan keçməlidirlər

Memarlıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər elektron qeydiyyatdan keçməlidirlər

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

59 və 15 yaşlı namizədin də daxil olduğu 31904 abituriyent iyulun 26-ı imtahan verəcək

59 və 15 yaşlı namizədin də daxil olduğu 31904 abituriyent iyulun 26-ı imtahan verəcək

DİM sabah 34 mindən çox abituriyenti imtahan edəcək

DİM sabah 34 mindən çox abituriyenti imtahan edəcək

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

Məktəbdəki ƏXLAQSIZLIQLA bağlı Təhsil Nazirliyindən - AÇIQLAMA

Məktəbdəki ƏXLAQSIZLIQLA bağlı Təhsil Nazirliyindən - AÇIQLAMA

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib