“Şam kimi yanan ömür”
Samux şəhər 2 saylı tam orta məktəbdə 5 oktyabr 2016-cı il tarixində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə "Şam kimi yanan ömür” adlı bədii gecə keçirilib. Tədbirdə Samux rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayev, Samux rayon Təhsil Şöbəsinin müdir müavini Faiq Həsənəv, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, veteran müəllimlər və müəllim kollektivi iştirak edib.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbir məktəbin direktoru Əminə Cəfərova tərəfindən açıq elan olunub. Cənab Alı Qocayev və Faiq Həsənov öz çıxışlarının sonunda bir neçə müəllimi "Fəxri Fərman” və "Diplom”larla mükafatlandırılaraq təbrik ediblər. Həmçinin müəllim adının ucalığı, necə qürur verici bir peşə olması, gələcəyimizin qurucusu olmasından, söhbət açılaraq bütün müəllim kollektivi və qonaqlar təbrik edilib. Daha sonra isə məktəb müəllimlərinin ifasında şer və təbrik nəğmələri ilə tədbir davam edib. Sonda xatirə şəkili çəkilib.
Nurəddin Babayev. Samux.