Xəbərlər, Abituriyent
23 iyul 2018
2261

Abituriyentlər təlaş içindədirlər: Dövlət İmtahan Mərkəzində nə baş verir?

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Abituriyentlər təlaş içindədirlər: Dövlət İmtahan Mərkəzində nə baş verir?

 

 
"Problemin mövcud olmasını həm şifahi, həm də yazılı formada etiraf edərək problemin günorta saatlarında həll ediləcəyini bildiriblər”

"Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində I ixtisas qrupunun memarlıq istiqaməti üzrə qabiliyyət tələb edən ixtisaslarına qeydiyyatdan keçmək olmur. Qeydiyyat isə 24 iyul saat 24:00-da bitir".

AzTehsil.com xəbər verir ki, bunu Bakı Mühəndislik Universitetinin Maliyyə işləri üzrə prorektoru Yavər Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib. O, qeyd edib ki, qızı Könül Məmmədzadə builki qəbul imtahanının I qrup üçün nəzərdə tutulmuş test imtahanında iştirak edib və kifayət qədər bal toplayıb.

Ancaq memarlıq ixtisasını seçmək üçün tələb olunan ikinci mərhələdə problem yaşayır. Belə ki, abituriyent qabiliyyət imtahanını vermək üçün DİM-in saytında qeydiyyatdan keçə bilmir. Qarşılaşdıqları texniki problemə görə, ümumiyyətlə səhifədən belə, çıxa bilmir.

Y.Məmmədov bildirir ki, övladının qarşılaşdığı problemlə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) çağrı mərkəzinə və həm də DİM-in rəsmi e-mail ünvanına müraciət göndərib. Qurumdan bildiriblər ki, qarşılaşdıqları problem bu gün ərzində həll olunacaq.

"Bununla bağlı həm çağrı mərkəzinə və həm də DİM-in rəsmi e-mail ünvanına müraciət göndərmişəm. Problemin mövcud olmasını həm şifahi, həm də yazılı formada etiraf edərək problemin günorta saatlarında həll ediləcəyini bildiriblər. Buna baxmayaraq, qeydiyyatın bitməsinə çox az zaman qaldığına görə çox narahatıq” — şikayətçi vurğulayıb.

Bildirək ki, qeydiyyat müddəti kimi 21-24 iyul tarixləri müəyyən edilib.

DİM-in Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hazırda sistemdə heç bir problem müşahidə edilmir: "Abituriyentlər saytımıza daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeyd edim ki, Memarlıq istiqaməti üzrə müsabiqə şərtləri var. Ödənişli sifarişli yerlər üçün 200 bal, dövlət sifarişli yerlər üçün 250 bal toplayan abituriyentlər I ixtisas qrupunun Memarlıq istiqaməti üzrə qeydiyyatdan keçə bilərlər".

X.Xanlarzadənin sözlərinə görə, bu sistem elektron olduğu üçün müəyyən problemlərin yaranması istisna deyil. Buna görə də kimsə problemlər qarşılaşırsa, Dövlət İmtahan Mərkəzinin çağrı mərkəzinə (1653) zəng edərək, probleminin həll edilməsi üçün müraciət edə bilər.

DİM-in çağrı mərkəzindən Spuntik Azərbaycan-ın sorğusuna cavab olaraq isə bildiriblər ki, saytda yaranmış texniki problem elə indilərdə aradan qaldırılıb. Abituriyentlər sayta daxil olub, qeydiyyatdan keçə bilərlər.

Lakin Y.Məmmədovun övladının problemi hələ də həll olunmayıb.

 

Abituriyentlər təlaş içindədirlər: Dövlət İmtahan Mərkəzində nə baş verir?

 







DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...

Həmçinin oxuyun:
Qeydiyyat bu gün başa çatır!

Qeydiyyat bu gün başa çatır!

Qabiliyyət imtahanlarının tarixi açıqlandı

Qabiliyyət imtahanlarının tarixi açıqlandı

Qəbul imtahanlarına qeydiyyatın bitməsinə az qaldı

Qəbul imtahanlarına qeydiyyatın bitməsinə az qaldı

Abituriyentlərin valideynləri DİM-dən narazılıq etdi, qurum isə “bazar günü işləmir” cavabını VERDİ

Abituriyentlərin valideynləri DİM-dən narazılıq etdi, qurum isə “bazar günü işləmir” cavabını VERDİ

Şəxsi kabinetinin parolunu unudanların nəzərinə! - DİM-dən xəbərdarlıq

Şəxsi kabinetinin parolunu unudanların nəzərinə! - DİM-dən xəbərdarlıq

Bu təhsil müəssisələrinə də tələbə qəbulu qaydaları dəyişdi

Bu təhsil müəssisələrinə də tələbə qəbulu qaydaları dəyişdi

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Yüksək balla tələbə ola bilməyənlər barədə rəsmi AÇIQLAMA verildi

Yüksək balla tələbə ola bilməyənlər barədə rəsmi AÇIQLAMA verildi

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

Memarlıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər elektron qeydiyyatdan keçməlidirlər

Memarlıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər elektron qeydiyyatdan keçməlidirlər

Jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər DİQQƏT!

Jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər DİQQƏT!

Jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanı ləğv edilməyib – RƏSMİ

Jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanı ləğv edilməyib – RƏSMİ

Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı ləğv olunacaqmı?DİM-dən açıqlama

Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı ləğv olunacaqmı?DİM-dən açıqlama

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək

Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək

Bu il ali məktəblərə qəbulun müsabiqə şərtləri açıqlanıb

Bu il ali məktəblərə qəbulun müsabiqə şərtləri açıqlanıb

İmtahan baş tutmadı:

İmtahan baş tutmadı: "10 günə 2 milyon manat qazanıblar, qurduqları serverlərinə bax"

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı