AzTehsil.com


Xəbərlər / Ekspert
02 iyun 2018
3 989


Saxta diplomla işləyən 2000-dən çox müəllim var.



 

 
"Saxta diplom verənlər müəllimlərin düzgün attestasiya keçirilməsinə imkan vermədilər”

Tanınmış təhsil eksperti Etibar Əliyevin AzEdu.az-a müsahibəsi:

-"Təhsil haqqında” qanuna zaman-zaman dəyişikliklər edilir. Bu dəyişikliklərin səbəbi nədir?

 - Müstəqilliyimizdən sonra Azərbaycanda  "Təhsil haqqında” ilk qanun 1993-cü ildə qəbul olunub, amma təəssüf  ki, işlək  olmayıb. 2009-cu ildə yeni "Təhsil haqqında” qanun qəbul olundu.  Demək olar ki, bu da işlək və funksionallığı ilə seçilmədi. Dünyada təhsil sahəsində daim dəyişikliklər gedir. Müşahidələrimiz göstərir ki, təhsil haqqında qanunlarda tez-tez dəyişikliklər edilmir. Təhsil aktları, islahat proqramları qəbul olunur. Məsələn, "Amerika -2000” - prezidentin təhsil”  Aktı var. Onun devizi belədir: "Heç bir uşaq kənarda qalmamalıdır”.  Həmin təhsil aktı işlək sənədə çevrilib. Mikayıl Cabbarov nazir təyin olunduqdan sonra  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” adlı mükəmməl  sənəd hazırlandı. O sənəd əsasında təhsilimizdə xeyli islahatlar aparıldı. 2009-cu ildə qəbul olunmuş qanun  bir o qədər mükəmməl olmadığından dəyişikliklərə məruz qalmalı idi. İstənilən İnkişaf etmiş ölkənin təhsil haqqında qanununu köçürmək də olar. Qanunun icrası və ölkədə təhsilə münasibət önəmlidir. Təhsilin problemlərinin həlli vəsait və peşəkar kadrlardan asılıdır. Təəssüf ki, bu iki istiqamət bizim zəif yerimizdir. 1999-2013-cü illərdə Təhsil sahəsinə xeyli vəsait ayrılmışdı, lakin  satın aldıqları kurikulumlar təhsilin keyfiyyətində ciddi dəyişikliklər yaratmadı, məktəblərin İKT təminatına ayrılan vəsait dağıdıldı və s. 

-Müzakirə olunan dəyişikliklərdən biri orta məktəblərə qəbulda yaş məhdudiyyətinin aradan qaldırılmasıdır. Xüsusi  istedad və bacarığı ilə seçilən uşaqlar 6 yaşı olmadan da qəbul olunurdu. Buna nə dərəcədə ehtiyac var idi?

-Mən bunun əleyhinəyəm. Dünyanın əksər ölkələrində uşaqların məktəblərə qəbulunda konkret yaş göstərilir. Heç bir güzəşt tətbiq olunmur.  Yaşı çatmamış uşaqların məktəbə qəbulu bir sıra neqativ halların yaranmasına yol açır. Mütəxəssislərin qənaətinə görə, 6 yaşı tamam olmuş uşaqların I sinfə qəbul olunması  məqsədəuyğundur. Yaşı çatmayan uşaqlar hətta məktəbəqədər təhsil görsələr belə, I sinifdə xeyli çətinlik çəkirlər. Düşünürəm ki, maksimum 1 ay güzəşt etmək daha yaxşı effekt verə bilər.

-Müəllimlərin sertifikasiya və attestasiya məsələsi yenidən gündəmə gəlib. Bu məsələylə bağlı fikirlərinizi bilmək  istərdik.

-Azərbaycanda indiyə qədər müəllimlərin normal atteastasiyası keçirilməyib. Qərbdə müəllim üçün 2 diplom vacibdir: Universitet hazırlığı diplomu və peşəkar yararlılıq diplomu. Bu baxımdan, sertifikasiya daha önəmlidir. Pedaqoji işçilərin sertifikasiyası  onların peşəkar kompetensiyalarının daxili qiymətləndirilməsidir və müəllimin sosial statusunun yüksəldilməsinə xidmət edir. Diaqnostik qiymətləndirmə çox ağıllı addım idi. Bunun  sertifikasiya prosesinə köməyi olacaq. Digər tərəfdən Qərbdə müəllimlərin təkmilləşməsi həmişə gündəmdə olan məsələdir. Təkmilləşmə sertifikasiya prosesinin həyata keçirilməsinə yardımçı olur. Burda dərs deyən müəllimin bakalavr yaxud, magistr ali təhsilli olması da önəm kəsb edir. Məsələn, Finlandiyada yalnız magistr pilləsini bitirən şəxslər dərs demək hüququna malikdirlər. Sertifikasiyalaşma anlayışı sonradan düşünüldü və bu formal xarakter daşımasa, yaxşı nəticələr verə bilər. Bizim müəllimlər onların imtahana çəkilməsindən narahat olurlar.

Müəllimlərin sertifikasiyası mahiyyətcə tamamilə fərqli prosesdir: hər bir müəllim müstəqil qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydalar əsasında dəyərləndirilir və konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji yararlılığı müəyyənləşdirilir. Sertifikasiya Diaqnostik Qiymətləndirməni tamamlamalıdır.

- Attestasiya sonuncu dəfə 1994-cü ildə tətbiq olunub. Sizcə nəyə görə, yenidən buna ehtiyac yarandı?

-Müəllimlər formal olaraq 1995-ci ildə attestasiyadan keçirilib. Lakin bunun heç bir effekti olmadı. Həmin ildən düz, 2014-cü ilə qədər bu məsələyə qayıtmayıblar. Attestasiya keçirilsəydi, məktəblərdə işləyən 2000-dən çox saxta diplomlu müəllimlər aşkar olunardı. Lakin saxta diplom verənlər buna maneçilik törədə bildilər. Mikayıl Cabbarov Diaqnostik   Qiymətləndirmənin keçirilməsinə nail ola bildi. Bu prosedur müəllim  biliklərinin yoxlanılmasının ilk mərhələsi oldu və düşünürəm ki, davamlı olmalıdır. Attestasiya sertifikasiya ilə identik ola bilməz. Bir çox ölkələrdə müəllimlər 5 ildən bir mütləq attestasiyadan keçirilir. Təhsil qanununda edilən dəyişikliklərlə bağlı müzakirələr təhsil ekspertləri və QHT nümayəndələri dəvət olunmurlar. Biz kənar müşahidəçi rolundayıq. Bunun özü yaxşı hal deyil. Düşünürəm ki, sertifikasiya baş tutandan sonra attestasiyanın adı ondan sonra ümumiyyətlə çəkilməyəcək.

-Universitetlərin nəzdində kolleclərin yaradılması məsələsi də gündəmə gətirilib. Bildiyimiz kimi, bəzi universitetlərin nəzdində kolleclər fəaliyyət göstərirdi. Bunun hansısa vacib məqamları varmı?

-Kolleclərin bir çoxu universitetlərin nəzdinə verilib. Məsələn, Pedaqoji Kollec Pedaqoji Universitetin, İqtisad kolleci İqtisad Universitetinin  nəzdindədir. Bu düşünülmüş addım idi. Qərbdə kolleclərlə universitetlər bir - birinə inteqrasiya olunub. Kolleclərdən tələbələr ali məktəblərə adlaya bilirlər. Ancaq bizdə bu yoxdur. Kolleclərə kifayət qədər qəbul planı təsdiqlənir.  Əgər ali məktəblər kollec təhsili  versələr,  tədris prosesi necə həyata keçiriləcək? Kollec təhsili özünəməxsus spesifikliyi ilə fərqlənir. Yaxşı olardı ki, kolleclərin universitetlərə inteqrasiya prosesi başlansın. Kolleci əla qiymətlərlə bitirən şəxslər universitetin I kursuna qəbul olunsunlar. Burda yenə də biliyin qiymətləndirilməsi məsələsinə önəm kəsb edir. Amerika və İngiltərədə  elə kolleclər var ki, universitetlərdən nüfuzludur. Düşünürəm ki, universitetlər kollec təhsili verməkdənsə, mövcud maddi texniki bazanı gücləndirmək və tələbələrin kolleclərdən universitetlərə keçidini reallaşdırmaq lazımdır. Bu, həm də uşaqların kollecə daxil olma marağını artıra bilər. Tez –tez rast gəlirik ki, ən aşağı bal toplamış abituriyentlər  sual verirlər ki, mən kollecə də düşmürəm? İnteqrasiya prosesi baş versə, kolleclərə maraq çoxalacaq. Bu, həm də ali təhsillilərin sayında kəmiyyət dəyişiklikləri yaradacaq. Başqa bir dəyişiklik də etmək istəyirlər. Doktoratura pilləsi üzrə təhsilin həm də elmi tədqiqat  müəssisələrində keçirilməsi nəzərdə tutulub. Bu proses qanunda əksini tapmamış həyata keçirilir. Məsələn, AMEA-da doktorantura pilləsi üzrə təhsil verilir. Yaxşı olar ki, ali məktəblərdə elm maliyyələşdirilsin. Universitetlərdə təhsil maliyyələşdirilir, müəllim  keçdiyi dərsə görə, məvacib alır, elmi tədqiqatlara görə yox. Dünyada bütün tədqiqatlar  universitetlərdə həyata keçirilir. Akademiya sistemi yoxdur. Bizdə universitet elmi maliyyələşmədiyinə görə, universitetlərdə elmi tədqiqatlara maraq aşağı düşür. Daha yaxşı olar ki, "Təhsilin inkişafı üzrə Dövlət Straegiyası”nda qoyulan məsələlər tamamlansın. O daha işlək sənədə çevrilib. Dünyanın 100-dən çox ölkəsində 12 illik orta təhsil tətbiq olunur.  Postsovet məkanına daxil olan ölkələrin içərisindən 12 illiyə keçməyən bir-iki ölkə qalıb. Bu məsələləri müzakirə etmək lazımdır. Bizim orta təhsil haqqında sənədlərimiz xaricdə tanınmır. 12 illik orta təhsil təmayülləşmə prosesini də sürətləndirə bilər. Yalnız bundan sonra təhsilin bəlasına çevrilmiş repetitorluğu yumşaltmaq olar. 

-Mövcud qanunun təhsilin inkişafına mane olan tərəfləri varmı?

-Təhsilin pillərinə diqqət yetirmək lazımdır. Məsələn, "Məktəbəqədər təhsil haqqında qanun” qəbul olundu. Müşahidə etsək, görərik ki, bu hələlik hansısa müsbət dəyişiklik yaratmayıb. Məktəbəqədər təhsilə cəlb olunan uşaqların  faiz göstəricisi çox aşağıdır. Artım olacaqmı? Məktəbəqədər təhsildə çalışan tərbiyəsi müəllimlərin peşəkarlığı artacaqmı? Məktəbəqədər təhsil təhsilin birinci və əsas pilləsidir. Təhsilin bu pilləsinin keyfiyyəti İbtidai təhsil pilləsində özünü göstərir. Orta təhsildə baş verən dəyişikliklərlə qanunvericilik bazamız ayaqlaşa bilmir. Təsadüfi deyildir ki, bir çox ölkələrin Təhsil haqqında qanunlarına sosial yönümlü qanun deyirlər. Əlbəttə ki, burda söhbət müəllimlərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasından gedir. Məsələn, Finlandiya orta məktəb müəlliminin illik gəliri 45 min dollardır. Həmin məbləğ müqabilində keçirilən dərs də fərqlənir. Ali məktəblərimiz 2005-ci ildə Boloniya Bəyannaməsinə qoşulub. Bu bəyannamənin  5 prinsipi "Təhsil haqqında qanun”da qismən də olsa öz əksini tapıb. Lakin Ali məktəblər indiyə qədər normal akkreditasiyadan keçməyib. Təhsilin  keyfiyyəti qiymətləndirilməyib. Tələbə mobilliyi aşağı səviyyədədir. Ali təhsil haqqında sənədlərimiz dünyanın bir çox ölkələrində tanınmır. Qanunun icrası idarəetməsnin fəlsəfəsindən asılıdır. Milli Məclisin Elm və Təhsil komitəsi qanuna hansısa dəyişiklik etdikdən sonra kənara çəkilir. Qanunun icrası mexanizmlərini gücləndirmək lazımdır.

-Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar ödənişli əsaslarla həyata keçirilir. Deputat Asim Mollazadə bildirib ki, bu ödənişlər yüksəkdir, müəyyən qədər aşağı salınmalıdır. Buna münasibətiniz necədir?

-Qəribə paradoks formalaşıb. Valideynlər repetitorlara külli miqdarda pul xərcləyirlər. Lakin imtahanda iştirak üçün kiçik bir məbləğin ödənilməsi narazılıq yaradır.  Dövlət İmtahan Mərkəzi böyük missiya daşıyır. Biliklərin dürüst qiymətləndirilməsi kimi şərəfli missiyanı. Bu qurumun saxlanılması, imtahanların keçirilməsi üçün böyük xərclər tələb olunur. DİM Publik hüquqi şəxs statusuna malik olduğundan özünü yaşatmalıdır. Bunun binası, işçiləri, maddi-texniki bazasının yaxşılaşdırılması, çap işləri var. Bu qurum zəhmətinin haqqını alır. Düşünürəm ki, imtahanların ödənişli həyata keçirlməsi  narazılıq yaratmamalıdır.Və qiymətlər də baha deyil.

-Müəllimlərin biliyinin yoxlanmasından danışdıq. Bunlar Azərbaycan təhsil sistemində bir pillənin digərinə inamsızlığından irəli gəlmirmi? Məsələn, Pedaqoji Universitet müəllim yetişdirib verir. Əgər bu müəllimi yoxlayacağıqsa, onda universitet nə üçündür?

-Əgər nə vaxtsa ideal universitet modeli qurulsa, buna ehtiyac qalmayacaq. Böyük maarif fədaisi akademik Mehdi Mehdizadə deyirdi ki, Pedaqogika və psixologiya müəllimin qoşa qanadı olmalıdır. Müəllim bu bənzərsiz elmlərə yiyələnəndə əsl tərbiyəçiyə çevrilir. Təəssüflər olsun ki, Bu elmlər Pedaqoji ali məktəblərdə normal tədris olunmur. Müəllimlərin imtahan edilməsinin əhəmiyyəti danılmazdır. Xarici ölkələrdə bu prosedur bizdən qat-qat çətindir. Rusiyadan kimyadan beynəlxalq Olimpiadada 1-ci yer tutmuş bir uşaqdan soruşdular ki,  necə etmək olar ki, sənin kimi ağıllı uşaqların sayı çox olsun. Cavabında bildirdi ki, bizə alimlər, magistr dərəcəsi olanlar dərs desə, buna nail olmaq mümkündür.  İxtisasları müəyyənləşdirərkən görün nə ediblər. Məsələn, BDU da Riyaziyyat, həm də Riyaziyyat müəllimi ixtisası var. Riyaziyyatı bitirən müəllim ola bilməz, Elmi tədqiqat institutunda da işləyə bilməz, çünki magistraturanı bitirməlidir. İxtisalara əmək bazarının tələbatına uyğun olaraq yenidən baxılmalıdır.

- Ceyhun Bayramov fənn olimpiadalarında respublika birincisi olanların istədiyi universitetə imtahan vermədən, digər uğurlu nəticə göstrərənlərin isə həmin fəndən imtahan vermədən qəbul olma təklifini irəli sürüb. Buna münasibətiniz necədir? Hansısa neqativ hallara yol açmazmı?

- Nazirin bu təklifini dəstəkləyirəm. Fənn olimpiadaları şagird biliklərinin təsdiqinin ən ali formasıdır. Bu bilik yarışmalarında yer tutan şagirdlərə güzəştlər olunmalıdır. Bu həm də onlar üçün motivasiya yaradacaq. 




Загрузка...
Həmçinin oxuyun:
"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

Ali məktəblərin nəznində kolleclər yaradılır -" BU qərarın geniş müzakirəyə eytiyacı var"

Ali məktəblərin nəznində kolleclər yaradılır -" BU qərarın geniş müzakirəyə eytiyacı var"

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Müəllimlərin attestasiya və ya sertifikasiya olunacağı tam bəlli deyilmiş

Müəllimlərin attestasiya və ya sertifikasiya olunacağı tam bəlli deyilmiş

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

"Təhsil Nazirliyinin müvafiq şöbələri var, zəhmət çəkib hesablasınlar, müvafiq rəqəmlər ortaya çıxarsınlar”

"Təhsil Nazirliyinin müvafiq şöbələri var, zəhmət çəkib hesablasınlar, müvafiq rəqəmlər ortaya çıxarsınlar”

Təhsil naziri müəllimlərin sertifikasiyasından - DANIŞDI

Təhsil naziri müəllimlərin sertifikasiyasından - DANIŞDI

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

Attestasiyanın keçirilməsi təhsilimizin inkişafına ciddi təsir göstərə bilməz

Attestasiyanın keçirilməsi təhsilimizin inkişafına ciddi təsir göstərə bilməz

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?

Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

Ali təhsildə Boloniya sistemi - TƏLƏBƏLƏRİN ŞİRİN YUXUSU

Ali təhsildə Boloniya sistemi - TƏLƏBƏLƏRİN ŞİRİN YUXUSU

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər