AzTehsil.com


Xəbərlər / Ekspert
04 mart 2018
3 039


Direktorlar qaçır, bizi məktəbə buraxmırlar, təhsil ekspertləri isə heç nə bilmirlər -Təhsildən yazan jurnalistlərin problemləri



Direktorlar qaçır, bizi məktəbə buraxmırlar, təhsil ekspertləri isə heç nə bilmirlər -Təhsildən yazan jurnalistlərin problemləri

 

Təhsil daim yeniliklərin baş verdiyi çoxşaxəli sahədir. Bu səbəblə də hər redaksiyanın aktiv  əməkdaşların arasında təhsildən yazan jurnalistlərin olması zəruridir.Bəzən, bu jurnalistlər hansısa məlumatları əldə etmək istədikdə müəyyən problemlərlə qarşılaşırlar. 

KİV nümayəndələri təhsillə bağlı hansı məlumatların əldə edilməsində çətinlik çəkirlər?

Aztehsil.com saytı  AzEDU bu istiqamətdə hazırladığı kiçik sorğunu təqdim edir:

"Kaspi” qəzetinin əməkdaşı Aygün Əziz: "Tam ciddi deyirəm ki, təhsillə bağlı yazdığım bütün materialları rahatlıqla əldə edirəm. Ən çox Billurə xanımın dəstəyindən yararlanıram. Problem və ya hansısa mövzu ilə bağlı kimlə danışmaq istəsəm, həmişə lazımı istiqamətdəyönləndirib. Yalnız universitetlərdə tələbələrlə diskussiyalar edirəm. Amma, məsələn, Bakı Dövlət Universitetində Hüquq fakültəsi ilə görüş alınmır. Çünki məktub yazmaq tələb olunur. Mən də bu tələbi heç vaxt qəbul edə bilmirəm”.

Publika.az saytının əməkdaşı Gülxar Şərif: "Təhsil sahəsində yazan müxbirlərin qarşılaşdıqları birinci problem Təhsil Nazirliyinin sualları yazılı göndərilməsi tələbidir. Yazılı müraciət, xüsusən, saytlarda işləyən jurnalistlərin işini çətinləşdirir. Adətən, sorğuya cavab bir neçə gün sonra göndərilir.

Digər çətinlik isə jurnalistlərin Bakı Şəhər Təhsil İdarəsinə, yalnız, razılıq əldə olunandan bir gün sonra məktəblərə buraxılmasıdır. Bəzi hallarda isə problemlə bağlı məktəbə getsək də, idarədən məktəbə daxil olmağa razılıq verilmir. Bunu jurnalistlərin məktəbdə iş prosesinə maneə olması ilə əlaqələndirirlər. Əvvəl jurnalistlərin məktəblərdəki problemləri işıqlandırması üçün daha sərbəst imkan var idi. İndi bu icazə məsələləri sərbəstliyin qarşısını alır. Üstəlik, təhsil sahəsində danışa biləcək ekspertlərin sayı azdır. Bəzi ekspertlər öz üzərində işləmir və bir sıra mövzulara yetərli cavab verə bilmirlər. Hesab edirəm ki, bir çox ekspertin yeniliklərlə bağlı məlumatları bəs qədər deyil”.      

"Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Niyazi Şərifsoy isə iş prosesində heç bir təhsil müəssisəsi ilə çətinlik çəkmədiyini bildirib.

"Yeni Müsavat” qəzetinin əməkdaşı Günel Manaflı:"Açığı desəm, təhsillə bağlı hər - hansı bir məlumat əldə etməkdə çox da çətinlik yaşamıram. Təhsil eskpertləri hər zaman əl çatandır. Təhsil Nazirliyi də suallarımızı cavablandırır. Lakin bəzən sualları sorğu şəklində göndərməyimizi istədikdə cavablar da gecikir. Ən çox problem isə hansısa məktəbdə hadisə baş verən zaman, məktəb rəhbərliyi ilə yaranır. Çünki məktəb direktorları və nümayəndələri, adətən, cavab verməkdən qaçırlar. Qeyd edim ki, orta və ali məktəblərlə əlaqə saxlayanda da bir sıra çətinliklərlə qarşılaşırıq”.

Modern.az saytının əməkdaşı Namidə Bingöl: "Təhsil elə bir sahədir ki, hamımızın evində var. Övladlarımız gün ərzində təhsillə məşğul olur. Jurnalist olaraq isə hansısa qurumlardan çətinlik məsələsinə gəlincə, bu mövzuların müxtəlifliyinə baxır. Bəzi məsələlər var ki, Təhsil Nazirliyindən cavab almaq mürəkkəb olur. Görünür, bunun da səbəbləri var. Yalnız mətbuat xidmətinə cavabdeh olan şəxsləri günahlandırmaq olmaz. Nəzərə alsaq ki, ünvanladığımız sualları nazirliyin mətbuat xidməti aidiyyatı şöbələrə yönləndirir, deməli, məsələyə təkcə işləyən qurum cavabdeh deyil. Ona görə də zaman-zaman bu cür porblemlər yaşayırıq. Düşünmürəm ki, belə olan təqdirdə işləmək çətin olsun. Çünki ən yaxşı halda təhsil ekspertləri lazımi köməkliyi edir və məsələyə münasibət ala bilirik”.



Загрузка...
Həmçinin oxuyun:
TƏHSİL MÜƏSSİSƏLƏRİ MEDİAYA AÇIQ OLMALIDIR

TƏHSİL MÜƏSSİSƏLƏRİ MEDİAYA AÇIQ OLMALIDIR

Jurnalistlər Məleykə Abbaszadə ilə razılaşmadılar

Jurnalistlər Məleykə Abbaszadə ilə razılaşmadılar

“Heç kim uşağı oxumağa məcbur edə bilməz” - Məhəbbət Vəliyeva

“Heç kim uşağı oxumağa məcbur edə bilməz” - Məhəbbət Vəliyeva

DİM qeydiyyatı niyə mürəkkəbləşdirib? - Ekspertdən və tələbələrdən açıqlamalar

DİM qeydiyyatı niyə mürəkkəbləşdirib? - Ekspertdən və tələbələrdən açıqlamalar

ADU-nun əməkdaşı IREPI-nin fəxri üzvü seçilib

ADU-nun əməkdaşı IREPI-nin fəxri üzvü seçilib

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Uşağı hələ də danışmayan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşağı hələ də danışmayan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

VMA rəhbəri 187 saylı məktəblə bağlı jurnalistlərə müraciət etdi

VMA rəhbəri 187 saylı məktəblə bağlı jurnalistlərə müraciət etdi

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

4-cü siniflərdən nə məqsədlə imtahan götürülür? - TƏHSİL NAZİRLİYİ “XƏBƏRSİZDİR”

4-cü siniflərdən nə məqsədlə imtahan götürülür? - TƏHSİL NAZİRLİYİ “XƏBƏRSİZDİR”

İqtisad Universitetinin rektoru tələbələrə əlçatandırmı?

İqtisad Universitetinin rektoru tələbələrə əlçatandırmı?

Müqaviləsiz məktəb direktoru- Nazirlik isə susur

Müqaviləsiz məktəb direktoru- Nazirlik isə susur

Universitetlərdə qış imtahanları yarıya çatdı - Hansı ali məktəbdə narazılıq BÖYÜKDÜR?

Universitetlərdə qış imtahanları yarıya çatdı - Hansı ali məktəbdə narazılıq BÖYÜKDÜR?

Müəllimlərə vəd edilən dərs saatından xəbər var

Müəllimlərə vəd edilən dərs saatından xəbər var

“Yoxlama”nın Bakı Şəhəri üzrə Təhsil İdarəsindən icazəsi olmayıb - RƏSMİ AÇIQLAMA

“Yoxlama”nın Bakı Şəhəri üzrə Təhsil İdarəsindən icazəsi olmayıb - RƏSMİ AÇIQLAMA

Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU

Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU

Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”

Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”