AzTehsil.com


Xəbərlər
22 fevral 2018
2 747


Bakı Mühəndislik Universtetinin yaranmasından bir il ötür



 

Azərbaycan təhsil sistemində özünə yeni cığır açmış, artıq 1 yaşını qeyd edən Bakı Mühəndislik Universitetindən söhbət açacayıq.
Bakı Mühəndislik Universtetinin bir illik fəalliyyəti haqqında universitetimizin "Ümumi fənlər” kafedrasının müdiri dosent Bilal Dədəyev öz fikirlərini bizimlə bölüşdü:

– Son illər ərzində Azərbaycanda təhsilə verilən tövhələrdən biri də, heç şübhəsiz Prezident İlham Əliyevin 8 noyabr 2016 – cı il tarixli sərancamı ilə ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, eyni zamanda fundamental və elmi tədqiqatlar aparan Azərbaycan Respublikası Təhsil Nazirliyi tabeliyində fəalliyyət göstərən Bakı Mühəndislik Universitetinin yaradılması olmuşdur. Cənab Prezident bu sərancamla neft kapitalından insan kapitalına keçidi, yəni keyfiyyətli kadrların yetişdirilməsi üçün də şərait yaratmış oldu və belə bir ciddi addım atdı. Eyni zamanda bu universitetin açılması innovativ texnologiyalarla işləmək bacarığına malik olan mütəxəssislərin hazırlığını həyata keçirən yeni ali təhsil müəssisəsinin təsis edilməsi zərurətini meydana çıxarmışdır. Onu da demək istəyirəm ki, Bakı Mühəndislik Universiteti təhsildə ilk dəfə tətbiq edilən publik hüquqi şəxs statusuna da sahibdir. Universitetdə demək olar ki, bütün ixtisaslarla yanaşı, kimya, fizika, biologiya, mexanika və kompüter mühəndisləri üçün yüksək standartlara uyğun laboratoriyalar fəalliyyət göstərir.

Bakı Mühəndislik Universitetində təhsil təqribən 70% ingilis dilində aparılır və insan kapitalının keyfiyyətli motivasiyası, maddi texniki baza və s. amillər imkan verir ki, Bakı Mühəndislik Universiteti qısa bir müddət ərzində Azərbaycan universitetləri arasında layiq olduğu yerdə olsun.

Hal-hazırda universitetdə mühəndislik, iqtisadiyyat və pedaqoji ixtisaslarda 4526 tələbə təhsil alır və bunların çox hissəsi təqribən dörd minə yaxını bakalavr tələbəsidir. 525 tələbəmiz magistr, 57 nəfər isə doktorantura təhsili alır. Bakı Mühəndislik Universteti üçün ötən ilin qəbul nəticəsi də yüksəkdir, yeni yaranan universtet olmasına baxmayaraq 772 nəfər Bakı Mühəndislik Universteti tələbəsi adını qazanmışdır. Onlardan 115 nəfəri 600 baldan, 553 nəfəri isə 500 baldan çox toplayıb. Universtetdə hal-hazırda 44 prezident təqaüdçüsü təhsil alır, bu da yüksək nəticədir. Onu da qeyd edək ki, keçən il bizim universitetdən məzun olan tələbələrimizdən ikisi magistratura qəbulunda 1-сi və 2-ci ən yüksək dərəcəni göstərən, yəni maksimum 100 baldan 99 bal toplayanlar olubdur. Bu da bizim üçün sevindirici haldır.

Universitetdə həm akademik heyətin, həm də tələbələrin ictimai sosial və elmi həyatı da aktivdir. Keçən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynalxalq elmi konfransı keçirildi. Burada 20 xarici ölkədən təqribən 700 məruzə qəbul olundu və bunların içərisində: ABŞ, Kanada, Türkiyə, Rusiya, Almaniya, Şotlandiya kimi ölkələr də var idi. Akademik heyətə gəlincə isə yaş səviyyəsinə görə gənc alimlərin sayı çoxluq təşkil edir. Bizim bu səviyyədə olan akademik heyət bir il ərzində 200-dən çox elmi məqalə dərc etdirmiş və bunlardan 53-ü nüfuzlu xarici elmi jurnallarda nəşr olunmuşdur.

Belə alimlərimizdən biri də Universitetin elmi işlər üzrə prorektoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Elçin Süleymanovdur. O dünyaca tanınmış jurnallarda bir neçə məqalə dərc etməklə yanaşı, 2017-ci ildə ilin alimi adını da qazanmış iqtisadçıdır. Bu da bizim üçün sevindirici haldır, çünki bu vaxta qədər daha çox Elmlər Akademiyasının alimləri bu ünvanları qazanırdılar. Artıq təhsil müəssələrində də belə nüfuzlu alimlər yetişir. Kimyaçı alim dosent Yusif Abdullayevin adını çəkmək istərdim. Onun keçen il ABŞ-da iki ixtirası patent almışdır. Gənc tədqiqatçı Xətai Alıyevin adını da xüsusilə qeyd etmək istəyirəm. O, son illərdə çox az görülən iki il müddətində fəlsəfə doktorluğunu müdafiə edən nadir tədqiqatçılardan biridir. Xətai müəllim 28 yaşında olmasına baxmayaraq, artıq 6 scopus və 1 tomson indeksli junralda məqalə nəşr etdirib.

Universitetin tələbələrini xüsusi ilə qeyd etmək istərəm. Onlar çox aktivdirlər. Həm sosial fəalliyyətlərdə həm də elmi fəalliyyətlərdə. Keçən bir il ərzində bir çox nominasiya üzrə birinciliklər əldə etməklə bizi sevindirdilər. Onu da qeyd etməliyəm ki, tələbələrimizin bu müvəfəqiyyətləri Universitet rəhbərliyi tərəfindən yüksək səviyyədə qiymətləndirilir. Tələbələrə təşəkkür fərmanları, eyni zamanda pul mükafatları və hədiyyələr verilir.

Bakı Mühəndislik Universtetində 30-a yaxın tələbələrin maraq və ixtisas klubları fəalliyyət göstərir. Burada "Tağıyev” və "Qarabağ tarixi” klublarını xüsusilə qeyd etmək istəyirəm. Tağıyev klubu xeyriyyə klubu olaraq fəalliyyət göstərir. Tələbələrin iştirakı ilə keçən il ərzində bir neçə xeyriyyə yarmarkası təşkil edildi. Tələbələr xüsusi olaraq hazırladıqları bəzək əşyalarını, bişirdikləri şirniyyatları satışa çıxararaq vəsait əldə etdilər və bu vəsaitlə qocalar və uşaq evlərini ziyarət etdilər, onlara maddi və mənəvi dəstək oldular. "Qarabağ tarixi” klubu isə, keçən il çox maraqlı bir müvəfəqiyyətə imza atdı. Onlar Milli Azərbaycan Tarixi Müzeyinin təşkilatçılığı ilə keçirilən "I Universitetlər arası Azərbaycan tarixi” bilik yarışmasında 1 və 2-ci yerləri qazandılar. O yarışmada Azərbaycanın bir neçə nüfuzlu Universitetindən "Tarix” fakültəsinin tələbələri də iştirak edirdi. Məhz bizi sevindirən amil də odur ki, tələbələrimizin vətəninə bağlılığı, xalqına olan sevgisi o qədər güclüdür ki, "tarixçilər” arasında qələbə qazana bildilər. Onların hamısını səmimi qəlbdən bir daha təbrik edirəm.

Daha sonra Azərbaycanda ilk dəfə Bakı Mühəndislik Universitetində təsis edilmiş "Tələbə Media Mərkəzi”ni qeyd eləmək istərdim. Media sahəsində Azərbaycanın yeni və innovativ tələbə media qurumudur.

Bakı Mühəndislik Universitetində yaradılan Tələbə Media Mərkəzinin əsas məqsədi gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, universitetin müxtəlif fakültələrində təhsil alan tələbələr üçün Tələbə Media Mərkəzində layihələrin təqdim edilməsinə imkan yaratmaqdır. Eyni zamanda TMM¬-də universitetdə keçirilən tədbirlərin işıqlandırılması ilə yanaşı müxtəlif mövzularda verlişlərin, məqalə və yazıların hazırlanması işləri də həyata keçirilir.

Sonda əldə olunan bütün bu uğurlara görə əməyi keçən hər kəsə təşəkkür edir və növbəti illərdə daha çox nailiyyətlər arzulayıram.



Загрузка...
Həmçinin oxuyun:
Nazirlik: Qafqaz Universitetindən Bakı Mühəndislik Universitetinə köçürülən tələbələrin diplomları tanınacaq

Nazirlik: Qafqaz Universitetindən Bakı Mühəndislik Universitetinə köçürülən tələbələrin diplomları tanınacaq

Bakı Mühəndislik Universitetində yeni təyinat

Bakı Mühəndislik Universitetində yeni təyinat

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

Bakı Mühəndislik Universiteti tələbələrinə ayrıca yataqxana verib

Bakı Mühəndislik Universiteti tələbələrinə ayrıca yataqxana verib

700 bal toplamış 8 Abituriyent Bakı Mühəndislik Universitetində oldular

700 bal toplamış 8 Abituriyent Bakı Mühəndislik Universitetində oldular

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Təhsil Nazirliyi: Yeni yaradılan Bakı Mühəndislik Universitetinin strukturu tam formalaşıb

Təhsil Nazirliyi: Yeni yaradılan Bakı Mühəndislik Universitetinin strukturu tam formalaşıb

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Bakı Mühəndislik Universiteti Riqa Stokholm İqtisad Məktəbi ilə əməkdaşlıq edəcək

Bakı Mühəndislik Universiteti Riqa Stokholm İqtisad Məktəbi ilə əməkdaşlıq edəcək

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

Qərbi Kaspi Universitetində “Ekoklub” yaradıldı

Qərbi Kaspi Universitetində “Ekoklub” yaradıldı

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Təhsil naziri: "Universitetlər güclü rəqabət imkanlarına malik olmalıdır"

Təhsil naziri: "Universitetlər güclü rəqabət imkanlarına malik olmalıdır"

Universitet seçimində tərəddüd edənlər üçün

Universitet seçimində tərəddüd edənlər üçün

“Məktəblilərdə mühəndislik ixtisaslarına maraq yaradılmalıdır” -Karyera üzrə ekspert

“Məktəblilərdə mühəndislik ixtisaslarına maraq yaradılmalıdır” -Karyera üzrə ekspert

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

Qərb Universiteti mühəndislər hazırlayacaq

Qərb Universiteti mühəndislər hazırlayacaq

Bu ay da universitetlərimiz haqqında müsbət xəbər yazılmadı - ANALİZ

Bu ay da universitetlərimiz haqqında müsbət xəbər yazılmadı - ANALİZ

Gələcək elm- Bacaracağıqmı?

Gələcək elm- Bacaracağıqmı?

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib  Böyüt

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib Böyüt

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

Daha bir xarici universitetdə Azərbaycan multikulturalizmi dərslərinə start verilib

Daha bir xarici universitetdə Azərbaycan multikulturalizmi dərslərinə start verilib