Azərbaycanın bu universitetində latın dili ləğv olundu - Elmi Şuranın qərarı
Azərbaycan Tibb Universiteti (ATU) Böyük Elmi Şurasının 30 yanvar 2018-ci il tarixli iclasında növbəti tədris proqramında bir sıra dəyişikliklər edilməsi qərara alınıb.
Tələbələrin tibb yönümlü nəzəri və kliniki fənlərin daha yaxşı mənimsəməsi, eləcə də tibb yönümlü fənlərə daha çox vaxt ayırması üçün bir sıra qeyri-tibb kafedralar ixtisar olunaraq kafedralara birləşdirilib.
Qərar sentyabr ayından qüvvəyə minəcək.
Beləliklə, ATU-da xarici dil 3-cü semestrdə tam ixtisar olunub, MMTX (Mülki Müdafiənin Tibbi Xidməti) Hərbi səhra cərrahiyə ilə, Operativ cərrahiyə və topoqrafik anatomiya ləğv olunaraq Anatomiya və ümumi cərrahiyə ilə birləşdirilib.
Bundan başqa, latın dili, tibb tarixi tam ixtisar olunub, anesteziologiya və reanimatologiya fənni yaradılaraq onların yeni kafedrada birləşdirilməsi təklif olunub.
ATU-nun mətbuat xidməti universitetin tədris proqramında dəyişikliklər aparılması xəbərini təsdiqləyib.