AzTehsil.com


Xəbərlər / Valideyn
24 yanvar 2018
2 399


Ötən il uşaqlarla bağlı 3424 müraciət edilib -Psixoloji, təhsil, hüquqi...



Azərbaycan Uşaq Qaynar Xətt Xidməti 2017-ci ilin hesabatını açıqlayıb. 


Aztəhsil.com xəbər verir ki, 2017-ci ildə 467-i uşaq psixoloji, 1958-i təhsil, 530-u sosial, 283-ü hüquqi, 18-i isə səhiyyə ilə bağlı problem və zorakılıqla üzləşib.

 

Bu rəqəmlər Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin 2017-ci il üzrə hazıladığı hesabatda əksini tapıb.

 

Təşkilatın təqdim etdiyi hesabata görə, 2017-ci ildə Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə ümumillikdə 3424 müraciət daxil olub. Bu müraciətlərdən 1824-ü şəhərdaxili, 2204-ü  mobil telefon, 15- isə mobil sms-lə qeydə alınıb.


Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə qeyd olunan müddət ərzində daxil olan zənglərin əhatə dairəsi təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Azərbaycanın digər bölgələrindən, eyni zamanda Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Dağıstan, Cənubi Koreya, Avstriya,  Şimali Kipr və Qazaxıstandan da müraciətlər daxil olub.

 

Zənglər üzrə aparılan təhlillərdən çıxan nəticələrə əsasən uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır.

 

Eyni zamanda müraciət edənlər arasında şəxsiyyətlərarası konfliktlərdən əziyyət çəkənlər də çoxluq təşkil edir.


Məlumat üçün bildirək ki, Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirilməsidir.


Azərbaycan Uşaq Qaynar Xətti 2010-cu ildən Beynəlxalq Uşaq Qaynar Xətləri qlobal şəbəkəsinin tamhüquqlu üzvüdür. Bu şəbəkəyə 143 ölkədən 178 uşaq qaynar xətt xidməti daxildir. Beynəlxalq "Uşaq Qaynar Xətləri” təşkilatının hesabatına əsasən, qaynar xətlərə edilən zənglərin sayı hər il orta hesabla 5% artır. Fəaliyyət göstərdiyi bu illər ərzində Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə cəmi 32 708 müraciət daxil olub. 

 

Azərbaycan Uşaq Qaynar Xətt xidməti fəaliyyətini 24 saat fəaliyyət göstərən iki mobil nömrə, üç şəhərdaxili telefon xətti, bir toll-free nömrə və elektron poçt vasitəsilə həyata keçirir. Bundan əlavə Xidmətin Android və İOS telefonları üçün mobil əlavəsi də yaradılıb.




Загрузка...
Həmçinin oxuyun:
Ötən ay Təhsil Nazirliyinə 16 minədək müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinə 16 minədək müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinə 26 728 müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinə 26 728 müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinə 20 mindən çox müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinə 20 mindən çox müraciət daxil olub

İyulda Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb

İyulda Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb

Nazirliyə bir ayda 10 min müraciət edilib

Nazirliyə bir ayda 10 min müraciət edilib

Ötən il Təhsil Nazirliyinə 262 minə yaxın müraciət daxil olub

Ötən il Təhsil Nazirliyinə 262 minə yaxın müraciət daxil olub

İyun ayında, əsasən, hansı məsələlər üzrə Təhsil Nazirliyinə müraciət daxil olub?

İyun ayında, əsasən, hansı məsələlər üzrə Təhsil Nazirliyinə müraciət daxil olub?

Ötən ay Təhsil Nazirliyinə 12 mindən çox vətəndaş müraciət edib

Ötən ay Təhsil Nazirliyinə 12 mindən çox vətəndaş müraciət edib

Bağlanmış "Təfəkkür" Universitetinin tələbələri digər universitetlərə köçürülür

Bağlanmış "Təfəkkür" Universitetinin tələbələri digər universitetlərə köçürülür

Aprel ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 16 593 müraciət daxil olub

Aprel ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 16 593 müraciət daxil olub

Təhsil naziri ilə Sumqayıtda görüş var

Təhsil naziri ilə Sumqayıtda görüş var

Məktəbəhazırlıq qrupları ilə bağlı öyrədici təlimlərə start verilib

Məktəbəhazırlıq qrupları ilə bağlı öyrədici təlimlərə start verilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri bəlli olub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri bəlli olub

İşə qəbul müsabiqəsində hansı ixtisaslar üzrə müəllimlərin zəif nəticə göstərdiyi açıqlanıb

İşə qəbul müsabiqəsində hansı ixtisaslar üzrə müəllimlərin zəif nəticə göstərdiyi açıqlanıb

Müsahibə mərhələsindən keçməyən müəllimlərin nəzərinə - Təhsil Nazirliyi AÇIQLADI

Müsahibə mərhələsindən keçməyən müəllimlərin nəzərinə - Təhsil Nazirliyi AÇIQLADI

Təhsil naziri Zaqatala şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Zaqatala şəhərində vətəndaşları qəbul edəcək

Təhsil Nazirliyindən “8 Mart”la bağlı - Xəbərdarlıq

Təhsil Nazirliyindən “8 Mart”la bağlı - Xəbərdarlıq

Təhsil Nazirliyi səhvi etiraf etdi

Təhsil Nazirliyi səhvi etiraf etdi

Nazirlik: Tələbələrin köçürülməsi prosesi davam edir

Nazirlik: Tələbələrin köçürülməsi prosesi davam edir

ADU-da imtahanlar başladı

ADU-da imtahanlar başladı

Müəllim olmaq istəyənlər üçün ŞANS: Bu qədər yer boş qalıb

Müəllim olmaq istəyənlər üçün ŞANS: Bu qədər yer boş qalıb

Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib

Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib

Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərinin nəzərinə!-Nazir vətəndaşları qəbul edəcək

Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərinin nəzərinə!-Nazir vətəndaşları qəbul edəcək

Təhsil naziri Ağdaş şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Ağdaş şəhərində vətəndaşları qəbul edəcək