Azərbaycanda bu xəstələr üçün dövlət proqramı hazırlanacaq
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov autizm xəstələri üçün ayrıca dövlət proqramının hazırlanmasını təklif edib.
Məlumata görə, Ə.Əmiraslanov bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında çıxış edərkən deyib.
Ə.Əmiraslanov bildirib ki, autizm xəstələrinə tibbi sosial yardımın göstərilməsi vacibdir:
"Belə xəstələrə tibbi-sosial yardıma ehtiyacı olan xəstələrdir. Tərəfdarıyam ki, autizm xəstələri üçün ayrıca bir dövlət proqramı hazırlansın. Dünyada belə xəstələrin sayında artım müşahidə edilir. Biz də bununla bağlı komitədə dinləmələr keçirməliyik”.