LDU-da 20 Yanvar faciəsinin qurbanları anıldı
1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakıda başlanan, sonrakı günlərdə rus imperiyası tərəfindən bölgələrdə davam etdirilən qanlı yanvar qırğınından bu gün bizi 28 illik zaman fasiləsi ayırır. Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi ölkənin hər yerində olduğu kimi bu gün Lənkəranda da dərin hüzn və ehtiramla anılıb.
Lənkəran Dövlət Universitetinin professor-müəllim tələbə heyəti də bu gün 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edib. Mərasim iştirakçıları səhər saatlarından Şəhidlər xiyabanına gələrək 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Şəhid məzarlarının önünə təzə-tər qərənfillər düzülüb,ruhları ehtiramla anılıb.
Xatırladaq ki,1990-cı ilin yanvarında Lənkəran 11 şəhid verib.