Yüksək təzyiqə dadlı çarə
Bir çox hallarda insan orqanizmi üçün ziyanlı olduğu düşünülən şokolad faydaları ilə də məşhurdur.
Məlumata görə, ingilis alimlər hər gün 40-50 qram şokolad yeməyin daha bir xeyrini kəşf ediblər.
Məlum olub ki, gündəlik olaraq bu miqdarda acı şokolad yemək yüksək təzyiq xəstəliyinin qarşısını almağa kömək edə bilər. Ekspertlər acı şokoladda bol miqdarda maqnezium olduğunu və bu sayədə qan təzyiqini tənzimlədiyini qeyd ediblər.