AMEA-da magistrantların sessiya imtahanları başlanıb
Yanvarın 8-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistrantlarının sessiya imtahanlarına başlanılıb.
Aztəhsil.com xəbər verir ki, Akademiyadan bildiriblər ki, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində keçirilən imtahanda kompüter mühəndisliyi ixtisası üzrə bir, kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı ixtisası üzrə iki və informasiya mühafizəsi və təhlükəsizliyi ixtisası üzrə bir magistrant iştirak edib.
Növbəti imtahanlar yanvarın 16, 22, 26 və 30-da keçiriləcək.
AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 2017-ci il 20 dekabr tarixli sərəncamına əsasən, magistrantların 2017/2018-ci tədris ili üzrə qış imtahan sessiyasının keçirilməsi üçün müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılıb.