Xəbərlər / İKT / Texnologiya
06 yanvar 2018
2 761


“Android”in ən yaxşı işlədiyi telefon məlum oldu

Ekspertlər "Huawei Mate 10 Pro” smartfonunu "Android” sisteminin idarəetməsi altında işləyən ən yaxşı müasir smartfon adlandırıblar.


Aztəhsil.com xəbər verir ki, "Android Authority” portalı tərəfindən keçirilmiş genişmiqyaslı yoxlamada texniki parametr, işləmə sürəti, akkumulyatorun imkanları, satış qiyməti, həmçinin kamera həlledici amillər olub.


Bu halda smartfonlar vasitəsilə çəkilmiş şəkillərin keyfiyyəti istifadəçi səsverməsi nəticəsində müəyyənləşdirilib.


Araşdırma nəticəsində "Huawei Mate 10 Pro” smartfonu 361 bal, "Samsung Galaxy Note 8” qurğusu 354 bal toplayıb. "OnePlus 5T” (337 bal) üçüncü yeri tutub.


Həmçinin "Nokia 8”, "LG V30”, "Pixel 2 XL”, "Moto Z2 Force”, "Sony Xperia XZ1”, "Razer Phone” və "BlackBerry KEYone Black” kimi modellər ən yaxşılar siyahısına daxil ediliblər.

Məqalə Göndər








Загрузка...