Qənirə Paşayeva əlillərin ödənişli ali təhsildən azad edilməsini istədi
Bu gün Milli Məclisdə çıxış edən millət vəkili Q. Paşayeva bildirib ki, ötən gün qarşıdan gələn bayramlar münasibət ilə bir qrup fiziki imkanları məhdud şəxslərlə onlar üçün keçirilən bayram tədbirində görüşü zamanı orda iştirak edən və ödənişli ali təhsil alan fiziki imkanları məhdud gənclər və əlillərin hüquqlarının müdafiəsi və problemləri ilə məşğul olan təşkilatların rəsmiləri Milli Məclisdən ödənişli ali təhsil alan əlillərin ödənişli ali təhsildən azad edilməsini xahiş və təklif ediblər.
Millət vəkili bildirib ki, onların bu xahiş və təklifini səsləndirməklə yaxın zamanlarda bu məsələyə baxılmasını xahiş edir. Fiziki imkanları məhdud gənclərimiz Milli Məclisdə bu məsələyə qısa zamanda baxılmasını və onların ödənişli ali təhsildən azad olunması məsələsinin qısa zamanda öz həllini tapmasını gözləyirlər və bu onlar üçün çox böyük dəstək olar.
"Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqının ödənişi dövlət vəsaiti hesabına həyata keçirilsin. Çünki onlar üçün bu vəsaiti ödəmək çox çətindir. Ona görə də əlillərin ödənişli ali təhsildən azad edilməsi sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı və ödənişli ali təhsil alan əlillər Milli Məclisdən yaxın zamanlarda bu məsələyə baxılmasını və öz həllini tapmasını gözləyirlər", - deyə millət vəkili bildirib.