Ali məktəblərə qəbul yeni qaydalarla olacaq
2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul qaydalarında ciddi dəyişiklik edilməyəcək.
Aztəhsil.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
DİM sədrinin sözlərinə görə, bu qaydalar demək olar 2017-2018-ci tədris ilinin qəbul qaydaları ilə eyni olacaq:
"Biz qəbul qaydaları ilə bağlı hazırladığımız layihədə qeyd etmişik ki, iki dəfə imtahan verən şəxslər müxtəlif ixtisas qruplarını seçə bilərlər. Təhsil və Ədliyyə nazirlikləri bu məsələ ilə bağlı razılığını bildirib. Lakin qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. Ümid edirəm yanvar ayında Nazirlər Kabineti bu məsələyə baxacaq və qaydalar təsdiqlənəcək".