Təhsil Nazirliyi müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə razılıq verib -SAY AÇIQLANDI
Təhsil Nazirliyi 2017-2018-ci tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan və əmək müqaviləsi əsasında işə qəbul olunan müəllimlərdən 105-nin müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə razılıq verib.
Aztəhsil.com xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 27 740 müəllim fəaliyyət göstərir.
BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərində 406 027, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2 965, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 1964 şagird olmaqla, ümumilikdə 410 956 şagird təhsil alır.