“Azərbaycanda tələbə peyki” müsabiqəsinin təqdimatı olub
Dekabrın 22-də Azərbaycan Texniki Universitetində (AzTU) "Azərbaycanda tələbə peyki (CanSat Azərbaycan-2018)” müsabiqəsinin təqdimatı olub.
Aztəhsil.com xəbər verir ki, AzTU-dan müsabiqənin "Azərkosmos” ASC-nin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcəyi bildirilib.
Tədbirdə AzTU-nun prorektoru İlham Pirməmmədov Azərbaycanın artıq öz peyki olduğunu və dövlətimiz tərəfindən bu sahəyə böyük diqqət yetirildiyini deyib.
Qeyd olunub ki, yerli universitet komandaları arasında təşkil ediləcək "Azərbaycanda tələbə peyki” müsabiqəsi tələbələr arasında Yerin süni peykləri sahəsində tədqiqat işlərinə böyük maraq yaradacaq. İlham Pirməmmədov deyib: "Müsabiqənin gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün əhəmiyyətli təcrübə qazandıracağı gözlənilir”.
"Azərkosmos” ASC-nin nümayəndələri Fəxri Babayev, Rüstəm Zalıyev və Fidan Behbudova Azərbaycanın peyk sənayesindən, "Azerspace-1” və "Azerspace-2” peyklərinin təyinatından, diapazonundan, həmçinin ölkəmizə faydasından danışıblar. Bildirilib ki, ölkəmizdə peyk xidmətləri sahəsində elmi tədqiqatların aparılması, eləcə də yerli mütəxəssislər tərəfindən kiçikölçülü peyklərin hazırlanması üçün artıq müəyyən imkanlar yaranıb. Məhz bu imkanların reallaşdırılması üzrə təcrübə, bacarıq və vərdişlərin əldə edilməsi baxımından tələbələr arasında model peyki müsabiqələrinin keçirilməsinin əhəmiyyətli rolu var.
Diqqətə çatdırılıb ki, respublika üzrə ümumilikdə 16 ali məktəbin qatıldığı müsabiqədə AzTU-nun radiotexnika, avtomatika, kompüter texnologiyası, telekommunikasiya yönümlü ixtisaslarında təhsil alan 150-yə yaxın tələbəsi iştirak edəcək.
Magistr olmaq istəyənlərə ödənişsiz hazırlıq kursları təşkil edilib
Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanların xatirə muzeyi yaradılıb
AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb
AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə
Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI
AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib
Universitetdə Milli Qəhrəmanlar muzeyi açıldı
Universitet müəllimlərinin əməkhaqları artırılacaq
"Elektron təhsil" Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb
“Elektron təhsil” respublika müsabiqəsinin nominantları müəyyənləşib
Texniki Universitetdə əmək haqqı artırıldı
BANM-də gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilib
Nazir: “Şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır”
Qalib tələbələrə 10 min manat mükafat verildi
BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb
Hansı universitetlər təhsil haqlarını artırıblar?
Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub
Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi
Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun
Şabran - "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin rayon mərhələsi keçirilib.
Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI
Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub
İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb