AzTehsil.com

Xəbərlər
19 dekabr 2017
2 650

Bakı Slavyan Universitetinin rektoru II kurs tələbələri ilə görüşüb

Bakı Slavyan Universitetinin rektoru II kurs tələbələri ilə görüşüb

Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın II kurs tələbələri ilə görüşü olub.

Akt zalında baş tutan görüşdə rektor bundan əvvəl I kurs tələbələri ilə görüşdüyünü bildirib.

O, bu görüşlərin universitet rəhbərliyi ilə tələbə gənclər arasında körpü yaradılmasında mühüm rol oynadığını qeyd edib. N. Əliyeva I kurs tələbələrindən fərqli olaraq, II kurs tələbələrinin universitet həyatına, təhsil müəssisənin daxilində qayda-qanunlara daha yaxşı bələd olduqlarını bildirib. N. Əliyeva bu gün BSU-da istedad və qabiliyyətləri ilə fərqlənən xeyli sayda gəncin olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın gələcəyinin, dövlətçiliyimizin bir çox uğurlarının gənclərdən asılı olduğunu vurğulayıb.

N. Əliyeva universitetdə tələbələrin inkişafı, uğurlu gələcəyi üçün hər cür şərait yaradıldığını deyib. O, BSU-nun dünyanın bir sıra aparıcı universitetləri ilə sıx əlaqəsinin olduğunu, beynəlxalq layihələr əsasında tələbə-müəllim mübadiləsinin həyata keçirildiyini qeyd edib: "Təkcə Rusiyanın 27 universiteti ilə sıx əlaqələrimiz var. Bundan əlavə, Türkiyə, Bolqarıstan, Polşa, Çexiya, Ukrayna, Belarus və s. dövlətlərinin ali təhsil müəssisələri ilə yaxın münasibətlərimiz mövcuddur”.

O, universitetdə keçirilən tədbirlərdə dünyanın tanınmış alimlərinin, siyasi xadimlərinin iştirak etdiyini, tələbələrimizə  tövsiyələr verdiklərini xatırladıb. N. Əliyeva ötən il BSU-da keçirilən beynəlxalq konfransda akademik Verbitskayanın, bu günlərdə təşkil olunan dəyirmi masada isə 8 ölkənin diplomatik nümayəndəliyinin rəhbərlərinin iştirak etdiyini söyləyib.

Rektor universitetdə keçirilən bütün tədbirlərin başlıca məqsədinin tələbələrin intellektual və mənəvi baxımdan inkişafını hədəflədiyini nəzərə çatdırıb: "70 nəfərdən artıq tələbənin yeməkxanadan pulsuz istifadəsinə şərait yaratmışıq. Yatmağa yeri olmayan tələbələrimiz üçün yataqxananın bərbad vəziyyətdə olan otaqlarını təmir etmişik”.

Rektor onu da vurğulayıb ki, indiki dövrdə gənclərimizin lazımi səviyyədə təhsil alması, mənəvi və intellektual baxımdan inkişafı üçün hər cür şərait var: "Bizim dövrümüzdə hər şey Moskvada müəyyən olunurdu. Heç kəs Kremlin iradəsindən çıxa bilməzdi. Ümummilli lider  Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasəti siz tələbələrin hərtərəfli şəxsiyyət kimi formalaşması üçün işıqlı yollar müəyyən edib. Siz bu gün hüquqi, demokratik və sosial ədalətə söykənən bir cəmiyyətdə yaşayırsınız. 250 illik dövlətçilik təcrübəsi olan ölkələrdə belə bu cür demokratiya yoxdur.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev kursunu davam və inkişaf etdirərək ölkəmizin bütün parametrlər üzrə Qafqazın ən inkişaf etmiş ölkəsinə çevrilməsini təmin edib”.

Rektor işğal olunmuş Azərbaycan torpaqlarının güclü ordumuzun sayəsində qısa müddət ərzində işğaldan azad edilə biləcəyini dilə gətirib. "Amma biz qan tökülməsini istəmirik, torpaqlarımızı sülh danışıqları yolu ilə azad edəcəyimizə qəti əminik”.

Загрузка...
Həmçinin oxuyun:
ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

Tələbə rektorla mübahisə etdi - ADU-da narazılıq + Video

Tələbə rektorla mübahisə etdi - ADU-da narazılıq + Video

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

Tələbə və Gənc Həkimlərin IV Bakı Beynəlxalq Tibb Konqresi keçirilir

Tələbə və Gənc Həkimlərin IV Bakı Beynəlxalq Tibb Konqresi keçirilir

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi

Abel Məhərrəmov: “Yeddi min tələbə üçün böyük yataqxana kompleksi inşa olunacaq”

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir