90 nəfər məktəblərdə bu vəzifələrə işə qəbul olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi başa çatıb.
Aztəhsil.com xəbər verir ki, idarədən verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsində 90 nəfər uğurlu nəticə göstərib.
Onlardan 31-nin təlim-tərbiyə işləri üzrə direktor müavini, 16-nın tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 24-nün psixoloq, 19-nun kitabxanaçı vəzifəsinə işə qəbulu yaxın günlərdə müvafiq qaydada həyata keçiriləcək.
Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.