AzTehsil.com


Xəbərlər
04 dekabr 2017
2 422


Professor: “Ən yeni Azərbaycan dili”nin qrammatikası yazılmalıdır



Dövlət Dil Komissiyasının yeni tərkibi Azərbaycanın sayılıb seçilən, dövlətçiliyimizi, dilimizi qəlbən sevən humanist təbiətli, dərin savadlı şəxsiyyətlər və alimlərdir. Onlar ana dilinə hörmət və məhəbbətlə yanaşan, dilin təmizliyi və saflığı, həmçinin inkişafı üçün əzmlə mübarizə aparan, bu işə nəzarət edən cavabdeh insanlardır. Yeni tərkibin təsdiqi ilə yeni bir elmi-linqvistik mərhələ başlanır. Həmin mərhələdə dil haqqında köhnə stereotiplər dağıdılmalı, ümumi fikirlərdən konkret işlərə keçilməlidir.


Aztəhsil.com xəbər verir ki, bunu azərtac-a müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin müdiri, professor İsmayıl Kazımov deyib.

 

"Yeni tərkibdə olan alimlər nəzarət etməlidir ki, danışıq aktı ən çox öyrənilən sahələrdən birinə çevrilsin. Son dövrlərdə nitq aktının öyrənilməsinə həsr edilmiş tədqiqat işləri dilçiliyin bir neçə sahəsinin - kommunikativ, tətbiqi, praqmatik, funksional dilçilik sahələrinin sintezini yada salır. Dilimizin leksik zənginliyi, onun qrammatik və üslub sisteminin uyğunluğu cəmiyyətin inkişafının nəticəsi, onun elmi və mədəni yüksəlişinin göstəricisi, insanların idrak fəaliyyətinin yekunudur. Dil insanların sosial təcrübəsinin qorunub saxlanılmasının işarəvi, yəni kodlaşdırılmış vasitəsidir”, - deyə İ.Kazımov bildirib.


Müasir Azərbaycan dilinin çoxcildlik qrammatikasının yenidən hazırlanmasına başlanıldığını deyən professor vurğulayıb ki, bütövlükdə dil vahidlərinin konseptual-linqvistik təsviri işləri müəyyənləşdirilməlidir. İndiyə qədər dilçilik mövzularının tədqiqi əsas etibarilə ənənəvi-təsviri, tarixi-müqayisəli və müqayisəli-tarixi aspektlərdə aparılıb. Lakin həmin mövzular hazırda konseptual istiqamətdə öyrənilməlidir.

 

"Ən yeni Azərbaycan dili” nin qrammatikası yazılmalıdır. Sovet dönəmində yazılmış qrammatikaların çatışmazlıqları və tutarsızlıqları yeni bir elmi-konseptual kontekstdə düzgün müəyyənləşdirilməlidir. Azərbaycan dilinin quruluşuna müasir dilçilik nəzəriyyələrinin, müxtəlif linqvistik istiqamətlərin başqa inkişaf etmiş dillərdəki tətbiqinin işığında yanaşılmalıdır.


Xatırladaq ki, Prezident İlham Əliyevin 2017-ci il 13 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibi təsdiq edilib. 




Загрузка...
Həmçinin oxuyun:
Dildə lüzumsuz yerə alınmaların işlədilməsinə yol vermək olmaz- EKSPERT

Dildə lüzumsuz yerə alınmaların işlədilməsinə yol vermək olmaz- EKSPERT

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Dövlət Dil Komissiyası hansı işləri görəcək? - Qurumun üzvləri DANIŞDILAR

Dövlət Dil Komissiyası hansı işləri görəcək? - Qurumun üzvləri DANIŞDILAR

Azərbaycan dilçiliyində frazeologiya nəzəriyyəsi ilk dəfə sistemli təhlil olunub

Azərbaycan dilçiliyində frazeologiya nəzəriyyəsi ilk dəfə sistemli təhlil olunub

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS

"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS

"Ləhcədə, alınma sözlərdən minimum istifadə etməliyik" Nuşirəvan Məhərrəmli

"Ləhcədə, alınma sözlərdən minimum istifadə etməliyik" Nuşirəvan Məhərrəmli

Telekanal rəhbərləri cərimələnsinlər! - Dilçilik İnstitutundan yeni TƏKLİF

Telekanal rəhbərləri cərimələnsinlər! - Dilçilik İnstitutundan yeni TƏKLİF

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

Dillər Universiteti işçi axtarır: VAKANT YERLƏRİN SİYAHISI

Dillər Universiteti işçi axtarır: VAKANT YERLƏRİN SİYAHISI

AMEA-nın magistr, doktorant və dissertantları arasında inşa müsabiqəsi keçirilir

AMEA-nın magistr, doktorant və dissertantları arasında inşa müsabiqəsi keçirilir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Professor-müəllimlərin vəzifələrə seçilməsi üçün yeni şərt nəzərə alınacaq

Professor-müəllimlərin vəzifələrə seçilməsi üçün yeni şərt nəzərə alınacaq

İntellektual oyunların tədris prosesinə tətbiqi öyrənilir

İntellektual oyunların tədris prosesinə tətbiqi öyrənilir

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək