Bəzi dövlət orqanlarında vakant vəzifələr barədə DİM-ə məlumat verilmir
Dövlət orqanlarında dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyəti ilə bağlı araşdırma aparılıb.
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının noyabrın 29-da keçirilmiş iclasında bildirib ki, araşdırma nəticəsində məlum olub ki, bəzi dövlət orqanlarında vakant vəzifə olduğu halda həmin vəzifələrin tutulması barədə müvafiq qərar qəbul edilməməsi və bu barədə DİM-ə məlumat verilməməsi halları mövcuddur.
Həmin dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərilib.