AzTehsil.com


Xəbərlər / Müəllim
30 noyabr 2017
2 701


Məleykə Abbaszadə iclas keçirdi – dövlət qulluğu ilə bağlı yeniliklərdən DANIŞDI



Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının 29 noyabrda növbəti iclası keçirilib.

 

Aztəhsil.com xəbər verir ki, bu barədə Modern.az-a DİM-dən məlumat verilib.

 

İclasda dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi, dövlət qulluqçularının maarifləndirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi,  dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması sahəsində görülən işlər, eləcə də Avropa İttifaqının TAIEX layihəsi çərçivəsində DİM tərəfindən həyata keçirilən imtahanlarda "e-markinq” sisteminin tətbiqi ilə bağlı ekspert missiyasının yekun hesabatı və digər cari məsələlər müzakirə edilib.

 

DİM sədri Məleykə Abbaszadə Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi işinin davamlı olaraq aparıldığını qeyd edib.

 

Onun sözlərinə görə,  bir ildən artıq müddət idi ki, bir çox hüquqi məsələlər öz həllini tapmadığına görə biz dövlət qulluğuna müsabiqə yolu ilə qəbul imtahanı keçirə bilməyiblər.

 

"Hazırda hüquqi müstəvidə məsələlərin çoxu həll olunmuş və Mərkəz bu imtahanların keçirilməsinə başlayıb.

 

Belə ki, 18 noyabr 2017-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə keçirilən test imtahanında 90 namizəd imtahanda iştirak edib, onlardan 13 nəfər tələb olunan keçid balını toplayaraq uğur qazanıb.

 

17 dekabr 2017-ci il tarixdə isə inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. 


Bu sahədə aparılan işlərin nəticəsi olaraq, DİM-in təklifi əsasında, "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişikliklər edilib.

 

Dəyşikliklərdən biri də ondan ibarətdir ki, ali-beşinci kateqoriya dövlət orqanlarında yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul aparılmayacaq. Yəni dövlət orqanlarında yardımçı kargüzarlıq (katibə, kargüzar) və yardımçı texniki vəzifələr (sürücü, liftçi) üzrə qəbul test imtahanlarına əsasında aparılmayacaq”-deyə M. Abbaszadə bildirib. 

 

Dövlət qulluqçularının maarifləndirilməsi işinin təşkili ilə bağlı məlumat verən sədr qeyd edib ki, bu sahədə Mərkəz tərəfindən "Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi”, "Dövlət qulluğunda etik məsələlər üzrə təlimçilər üçün təlim”, "Dövlət qulluğunda etika”, "Korrupsiyaya qarşı mübarizə” "Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzularını əhatə edən təlimlər təşkil edilib. Və bu təlimlərin hər birində 100-ə yaxın dövlət qulluqçusu iştirak edib.

 

İclasda dövlət orqanlarında dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyəti ilə bağlı aparılan araşdırmanın nəticələri ilə bağlı da danışılıb.

 

Vurğulanıb ki, bəzi dövlət orqanlarında  vakant vəzifə olduğu halda həmin vəzifələrin tutulması barədə müvafiq qərar qəbul edilməməsi və bu barədə Mərkəzə məlumat verilməməsi halları mövcuddur.

 

Həmin dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərilib.

 

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq alətlərindən biri – TAIEX layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan "DİM tərəfindən həyata keçirilən imtahanlarda "e-markinq” sisteminin tətbiqi ilə bağlı ekspert missiyasının yekun hesabatı”na toxunan  sədr bildirib ki, hesabatda DİM-in imtahanlarda tətbiq etdiyi "e-markinq” sisteminin bir çox müsbət cəhətləri xüsusi vurğulanıb.

 

Və DİM-in olduqca yaxşı təşkilatlanmış qurum olduğu, fəaliyyət göstərdiyi 25 il ərzində müvafiq sahə üzrə kifayət qədər geniş həcmli işlərin həyata keçirildiyi, təhsilin müxtəlif pillələrinə qəbulun, o cümlədən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin yüksək səviyyədə təşkil olunduğu qeyd olunub.

 

Görüşdə digər cari məsələlər də müzakirə olunub.




Загрузка...
Həmçinin oxuyun:
Bu vəzifələrə qəbul testlə aparılmayacaq

Bu vəzifələrə qəbul testlə aparılmayacaq

Dövlət qulluğunda işləmək istəyənlərə YENİ XƏBƏR

Dövlət qulluğunda işləmək istəyənlərə YENİ XƏBƏR

“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı

“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçirilir

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçirilir

Dövlət qulluğu üzrə ən çox boş iş yeri olan nazirliyin adı BƏLLİ OLDU

Dövlət qulluğu üzrə ən çox boş iş yeri olan nazirliyin adı BƏLLİ OLDU

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

"Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi  addımdır"

"Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi addımdır"

Dövlət Qulluğuna imtahan vaxtı bəlli oldu- İlk müsabiqə...

Dövlət Qulluğuna imtahan vaxtı bəlli oldu- İlk müsabiqə...

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB

"Dövlət qulluğunda informasiya texnologiyaları üzrə kadrlara daha çox ehtiyac var"

"Dövlət qulluğunda informasiya texnologiyaları üzrə kadrlara daha çox ehtiyac var"

Dövlət qulluğuna qəbulla bağlı müsahibələr ödənişsiz olacaq

Dövlət qulluğuna qəbulla bağlı müsahibələr ödənişsiz olacaq

DİQQƏT! Keçid balları azaldıldı

DİQQƏT! Keçid balları azaldıldı

Dövlət qulluğuna qəbulda YENİLİK

Dövlət qulluğuna qəbulda YENİLİK

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

DİM sədri: "Dövlət qulluqçularının əmək kitabçaları ilə reyestrdəki məlumatlar arasında uyğunsuzluq var"

DİM sədri: "Dövlət qulluqçularının əmək kitabçaları ilə reyestrdəki məlumatlar arasında uyğunsuzluq var"

Dövlət qulluğuna qəbul üzrə test imtahanları oktyabrda keçiriləcək

Dövlət qulluğuna qəbul üzrə test imtahanları oktyabrda keçiriləcək

DİM vakant vəzifələri müsabiqəyə təqdim etməyən dövlət orqanlarının adını açıqlayıb

DİM vakant vəzifələri müsabiqəyə təqdim etməyən dövlət orqanlarının adını açıqlayıb

Dövlət qulluğu ilə bağlı yeni şərtlər və qaydalar Nazirlər Kabinetinə təqdim edilib

Dövlət qulluğu ilə bağlı yeni şərtlər və qaydalar Nazirlər Kabinetinə təqdim edilib

BDU-da Abel Məhərrəmovla Məleykə Abbaszadə müzakirə apardılar + FOTOLAR

BDU-da Abel Məhərrəmovla Məleykə Abbaszadə müzakirə apardılar + FOTOLAR

DİM-in sədr müavini: “Dövlət orqanlarında vakant vəzifələrin sayı mindən çoxdur”

DİM-in sədr müavini: “Dövlət orqanlarında vakant vəzifələrin sayı mindən çoxdur”

Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb

Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb

"Dövlət qulluğu üçün müsahibə mərhələsində iştirakın ödənişli keçirilməsi barədə hələlik qərar qəbul olunmayıb"

"Dövlət qulluğu üçün müsahibə mərhələsində iştirakın ödənişli keçirilməsi barədə hələlik qərar qəbul olunmayıb"