Xəbərlər, Psixoloq, Valideyn, Direktor, MÜƏLLİM
29 noyabr 2017
2473

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Suraxanı rayonu Ə. Məmmədov adına 76 nömrəli orta məktəbdə intihara cəhd hadisəsinin olduğu iddia olunur. Belə ki, məktəbin 6-cı sinfində oxuyan iki qız şagird internet üzərindən "Mavi Balina” oyunu oynayıb. İntihara çağırış oyunu kimi tanınan "Mavi Balina” sonda şagirdlərə damarların kəsilməsi barədə təlimat verib. Təlimata uyan qızlar bilək damarlarını kəsmək və bu yolla intihara cəhd etmək istəyib. 


Aztəhsil.com xəbər verir ki, bu məlumatı Cebhe.info-ya 76 saylı məktəbdə təhsil alan şagirdlərin adının çəkilməsini istəməyən valideynləri verib. Onların dediyinə görə, hadisə noyabrın 28-də günorta saatlarında baş verib və dərhal məktəbə polis əməkdaşları cəlb olunub. Amma şagirdlərin həyatı üçün ciddi təhlükə yaranmayıb. Olaydan sonra bütün siniflər üzrə təhsil alan şagirdlərin valideynləri məktəbə çağırılıb. Onlara diqqətli olmaq və övladlarının psixoloji durumunun yoxlanması, eləcə də, nəzarətdə saxlanması tövsiyyə edilib. 


Cebhe.info məlumatı dəqiqləşdirmək üçün 76 saylı məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Zülfüqar Zülfüqarovla əlaqə saxlayıb.

 

Direktor müavini intihara cəhd hadisəsini təkzib etsə də, məktəbdə dolayı yolla hanısısa olayın yaşandığını təsdiqləyib.

 

Zülfüqar Zülfüqarov olayla bağlı məktəbə Bakı Baş Təhsil İdarəsinin və ərazi üzrə polis əməkdaşlarının gəldiyini təsdiqləyib, amma tam olaraq nə baş verdiyini açıqlamayıb:


"Orada 6-cı sinif şagirdləri olan bir-iki qız olub. Belə bir hadisə olub. Bakı Baş Təhsil İdarəsindən də yoxlama aparıldı və polis bölməsindən də gələnlər oldu. Araşdırıldı, şagirdlərdən izahat alındı, valideynləri çağırıldı. İntihara cəhd hadisəsi olmayıb. Sadəcə, uşaqlar arasında belə bir hadisə olub. Yəni, qeyri-adi bir şey baş verməyib. Bu, uşaqlar arasında olan bir insident kimi qeydə alındı. Sizə necə informasiya verilibsə, olay o cür baş verməyib. İntihar çox ciddi məsələdir. Belə bir şey olmayıb. Məktəb daxilində baş verən istənilən olaya valideynlər müdaxilə edəndə, biz ərazi üzrə polis bölməsinə müraciət edirik. Həmin şagirdlər hazırda dərsdədir. Biz "Mavi Balina” oyununu bilirik. Ümumiyyətlə, internetdəki oyunlarla bağlı bilgilərimiz var”.


Direktor köməkçisi əlavə edib ki, təxminən 20 gün əvvəl Suraxanı Rayon Polis Bölməsinin təşkilatçılığı ilə məktəbdə narkomaniya və siqaret əleyhinə tədbir keçirilib: 


"Uşaq siqaret çəkə bilər. O, istər məktəbdə, istərsə də, məktəbdən kənarda siqaret çəkir. Bunu valideyni də bilir və öhdəsindən də gəlmək olur. Siqaret artıq cəmiyyətə yayılmış bir məsələdir. Bir də var ki, intihar - bu boş-boşuna olan məsələ deyil. Əgər məktəbin içində belə bir şey olsa, aləm dağılardı. Məsələ söyləntilər kimi deyil. Yəni, kimsə bu oyuna baxıb, özünü asıb və ya üçüncü mərtəbədən atıb deyə bir şey olmayıb”.


Zülfüqar Zülfüqarov intihara cəhddə adı hallanan şagirdlərin adlarını açıqlamaqdan imtina edib: 


"Bu müsəlmançılığa uyğun gəlmir. Rusiya olsaydı, adlarını açıqlamaq olardı”.

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Valideynlər məktəbin qarşısında aksiya keçirdi

Valideynlər məktəbin qarşısında aksiya keçirdi

Bakının 14 nömrəli məktəbində QALMAQAL

Bakının 14 nömrəli məktəbində QALMAQAL

Tələbə qız özünü binadan atdı: vəziyyəti ağırdır

Tələbə qız özünü binadan atdı: vəziyyəti ağırdır

Bakı məktəbində şagirdlər arasında kütləvi dava — Xəsarət alanlar var

Bakı məktəbində şagirdlər arasında kütləvi dava — Xəsarət alanlar var

Novxanıdakı 2 nömrəli məktəb təşviş içində: Şagirdləri qorxuya salan kimdir? - VİDEO

Novxanıdakı 2 nömrəli məktəb təşviş içində: Şagirdləri qorxuya salan kimdir? - VİDEO

Bakıda oğurluq edən şagird azadlığa buraxıldı

Bakıda oğurluq edən şagird azadlığa buraxıldı

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

10-cu sinif şagirdinin müəmmalı intiharı:  “Sinif yoldaşlarından ayrılandan sonra...”

10-cu sinif şagirdinin müəmmalı intiharı: “Sinif yoldaşlarından ayrılandan sonra...”

Məktəbə silahlı hücum : Ölən və yaralananlar var

Məktəbə silahlı hücum : Ölən və yaralananlar var

Tibb Universitetinin 4-cü kurs tələbəsi fakultənin binasından - Özünü atdı

Tibb Universitetinin 4-cü kurs tələbəsi fakultənin binasından - Özünü atdı

Bakının daha bir məktəbində qalmaqal – FOTO

Bakının daha bir məktəbində qalmaqal – FOTO

Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir

Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir

Azərbaycanda orta məktəbdə faciə: şagird öldü

Azərbaycanda orta məktəbdə faciə: şagird öldü

Bakıda tələbəni döyüb öldürənlər tutuldular

Bakıda tələbəni döyüb öldürənlər tutuldular

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

İmtahandan kəsilən qız intihara cəhd etdi

İmtahandan kəsilən qız intihara cəhd etdi

Qubada müəllimin intiharının SƏBƏBLƏRİ məlum oldu

Qubada müəllimin intiharının SƏBƏBLƏRİ məlum oldu

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

Təhsil İdarəsi Bakıda orta məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb

Təhsil İdarəsi Bakıda orta məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu