Valideynlər məktəbin qarşısında aksiya keçirdi
Ağdam rayonunun Mahrızlı kəndində valideynlər məktəbdə qaz olmadığına görə etiraz aksiyası keçirib.
Aztəhsil.com xəbər verir ki, R.Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinə qaz xəttinin çəkilməməsinə və bu səbəbdən sinif otaqlarının soyuq olmasına görə, məktəbin qarşısındakı yolu kəsməyə cəhd ediblər.
Əraziyə cəlb edilən polis əməkdaşları aksiyanın qarşısını alıb. Aksiyada insident olmasa da, valideynlər kütləvi etirazlarının məktəbin qarşısına toplanaraq bildiriblər.
Hazırda kəndə gələn rayon rəsmiləri sakinlərlə profilaktik söhbətlər aparır.
Aldığımız məlumata görə, kəndə qaz xəttinin çəkilişi zamanı məktəb direktorunun qaz çəkilişi ilə bağlı müqavilə bağlamaması məktəbin qazsız qalmasına səbəb olub.