AzTehsil.com


Xəbərlər / Pedoqojitəcrübə / Valideyn / Müəllim
28 noyabr 2017
4 675


Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇



Mütaliə uşaqların dərs həyatındakı müvəffəqiyyəti gücləndirən başlıca amillərdəndir. O, məlumat-axtarış və idrakı fəaliyyət növü kimi insanın inkişafında, təhsilində və tərbiyəsində xüsusi yer tutur. Mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları kompleks xarakter daşıyır.

 

Bir-biri ilə qırılmaz surətdə bağlı olan bu proseslər mütaliənin nəticəsi olaraq cəmiyyət tərəfindən formalaşmış biliklərin mənimsənilməsi (tədris), bu biliklər sisteminin yaradılması (təhsil) və şəxsiyyətin inkişafı gedişinin idarə edilməsi (tərbiyə) kimi ifadə edilir. Fərdi psixoloji proses olmasına baxmayaraq o, cəmiyyətin sosial həyatına, mövzu marağının məhsulu olan yeni ideyaların yayılmasına və içtimaiyyətin malına çevrilməsinə imkan yaradır, dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, içtimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir.

 

Sokrat mütaliənin cəmiyyətin həyatındakı önəmi barədə deyirdi: " Mütaliə hər bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar."

 

Təsadüfi deyildir ki, Azərvaycan Respublikasının Təhsil Naziri cənab M.Cabbarov müsahibələrinin birində təhsilin səviyyəsinin və müəllim nüfuzunun yüksəldilməsi ilə əlaqədar demişdir: "Cəmiyyət çoxlu mütaliə etməli, uşaqlara oxumağı öyrətməlidir”.

 

Təəssüf ki, son vaxtlar uşaq və gənclərdə ənənəvi mütaliəyə meyil azalmaqdadır. İl ərzində bir yunan 25, isveçli 10, fransız və türk 7 kitab oxuduğu halda, Azərbaycanda bu göstərici minumum səviyyədədir. ABŞ-da valideynlərin 87%-i məktəbəqədər yaşlı övladlarına kitab oxuyur, 37%-i bunu gündəlik edir. Bizdə isə 34% ailələrdə uşaqlar üçün kitablar yoxdur.

 

Şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasında digər amillərlə yanaşı düzgün kitab seçimi də xüsusi önəm daşıyır. Valideyn, müəllim və kitabxanaçılar uşaqları onların zövqünü korlayan, aqressivlik yaradan, şiddəti çözüm vasitəsi kimi təqdim edən, yaşına uyğun gəlməyən, heç bir ədəbi və tərbiyəvi dəyəri olmayan, postmodernist əsərlərdən - kitablardan və ziyanlı saytlardan uzaq tutmalıdırlar.

 

Kitab mağazalarından kitab alarkən, həmçinin elekron kitab mütaliəsi (ekran mütaliəsi) zamanı da göstərilənlərə diqqət edilməsi vacibdir. Dünyanın ən nüfuzlu universitetlərində aparılmış tədqiqatlar sübut etmişdir ki, mütaliə insanların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir, uzun və xoşbəxt yaşamasına, diqqətinin formalaşmasına, nitqinin və düşünmə qabiliyyətinin inkişafına güclü təsir göstərir, dünyaya və ictimai sosial hadisələrə baxış şəklini dəyişir, doğru qərarlar verib, seçimlər etməsinə kömək edir.

 

Uşaq təfəkkürü hələ tam formalaşmadığından onların mütaliəsinə rəhbərlik etmək və ya düzgün istiqamət vermək zəruridir. Bilmək lazımdır ki, uşağın mütaliəsi onun həyatında böyük rol oynayır, yaşlı adamın həyatında oynadığından daha böyük rol oynayır. Uşaqlıqda oxunan bir kitab, demək olar, adamın bütün ömrü boyu hafizəsində qalır və uşağın sonrakı inkişafına təsir göstərir.

 

Bu səbəbdən kitab seçimi xüsusi əhəmiyyət kəsb edir. Düzgün kitab seçimi mütaliədə əsas şərtdir. Düzgün kitab seçimini zəruri edən amillərə aşağıdakıları göstərmək olar:

 

1. İndi sıradan xarakterlərə sahib, basmaqəlib hadisələri təsvir edən, "nə mənsəbə qulluq etdiyi" hətta müəllifləri tərəfindən belə bilinməyən, "söz yığınından ibarət olan", kriminal və pornoqrafik səciyyəli kitabların və ziyanlı saytların sayı xeyli artmışdır. Ona görə də təsadüfi (səhv) kitab seçimi uşaqlara xeyirdən çox ziyan gətirə bilər. Əlbəttə, mütaliədə səhv seçimlər bir sıra fəsadlar yaradır: oxucuda fikir qarışıqlığına səbəb olur, onu ümidsizliyə sövq edir və hər şeyə şübhəylə yanaşan birinə çevirir. Heç bir tərbiyəvi əhəmiyyəti və elmi əsası olmayan, şübhələrlə, yalan və böhtanlarla dolu əsərlər öz oxucularında mənfi nəticələrə yol açır.

 

2. Müxtəlif səbəblərdən bəzən uşaqlar bilik və yaşlarına uyğun olmayan kitabları oxumağa girişirlər. Aydın məsələdir ki, 8 – 10 yaşında olan bir uşağın gənclik romanını və yetişkinlər üçün nəzərdə tutulan kitabları oxuyub anlaması mümkün deyil. Çünki bu zaman kitab və uşaq "eyni dildə” danışa bilmirlər. Aydın məsələdir ki, uşaqlar belə kitablardan zövq ala bilməyəcək və mütaliədən soyuyacaq. Bir maraqsız kitab isə uşağı ömürlük kitablardan uzaq sala bilər.

 

3. Təsadüfi seçilən bəzi əsərlər uşaqların psixologiyasına mənfi təsir edir. Məsələn, şiddət və qorxu məzmunlu kitabları oxuyan uşaqlar, digər yaşıdlarına görə çox dalaşqan, üsyankar və aqressiv olurlar.

 

4. Bəzən uşaqlar heç kəslə məsləhətləşmədən elə kitabları mütaliə edirlər ki, həmin kitablarda dilimizin nitq normaları və üslubi xüsusiyyətləri gözlənilmir, yersiz arxaizm, dialekt, termin, vulqar, alınma və arqo sözlərə (xüsusən tərcümələrdə) yer verilir. Əsərin anlaşılması çətin olur. Halbuki kitab dilimizin zənginliyini və gözəlliyini nümayiş etdirməli, anlaşıqlı və axıcı bir dildə olmalı və uşaqların lüğət ehtiyatını artırmalı, onların nitq mədəniyyətini formalaşdırmalıdır.




Загрузка...
Həmçinin oxuyun:
KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

Bakı şəhəri  84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

Bakı şəhəri 84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

İldə 200 kitab oxumaq elə də çətin deyil

İldə 200 kitab oxumaq elə də çətin deyil

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

Cəmi 6 yaşında 10 aya min kitab oxuyan uşaq - VİDEO

Cəmi 6 yaşında 10 aya min kitab oxuyan uşaq - VİDEO

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

“Oxunması zəruri olan kitablar haqqında” sərəncam barədə YENİ AÇIQLAMA

“Oxunması zəruri olan kitablar haqqında” sərəncam barədə YENİ AÇIQLAMA

ADU-da kitab sərgisi açılıb

ADU-da kitab sərgisi açılıb

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

UŞAQLARDA PASSİVLİK

UŞAQLARDA PASSİVLİK

Kitab üzərindən açılan dünya...

Kitab üzərindən açılan dünya...

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı  kitab  çap olundu

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı kitab çap olundu

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Kitabsızlar qorxuludur...

Kitabsızlar qorxuludur...

"HƏDƏF" nəşriyyatı şagirdlər üçün "YAY TƏTİLİ TAPŞIRIQLARI"nı satışa buraxdı-VİDEO

"HƏDƏF" nəşriyyatı şagirdlər üçün "YAY TƏTİLİ TAPŞIRIQLARI"nı satışa buraxdı-VİDEO

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...