ADAU-nun rektoru daha bir sorğunun qalibi olub
Azərbaycan Universitetləri facebook səhifəsində 6-cı sorğu da sona çatıb. Son illərdə inkişafı ən yüksək səviyyədə olan 2 universitetin rektoru – ADNSU rektoru Mustafa Babanlı və ADAU rektoru İbrahim Cəfərov bu sorğuda müqayisə edilib. ADAU rektoru 62%, ADNSU rektoru isə 38% səs toplayıb.
ADAU-nun mətbuat xidmətinin xəbərində deyilib ki, bir həftə davam edən sorğu sözün həqiqi mənasında gərgin keçib. Əslində hər iki Universitetin rektoru müasir təhsilin inkişafında kifayət qədər zəhməti olan elm adamlarıdır. Hər ikisi də islahatçı rektor kimi tanınıb.
Aqrar Universitetin rekroru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov isə müsabiqənin sonunda birinciliyə daha çox haqqlı olduğunu topladığı səslərlə sübut edib. Bu gün qürurla demək olar ki Aqrar Universitet son 4 ildə böyük inkişafa və uğurlara imza atıb. Dövlətin dəstəyi ilə ən müasir şəraitə malik təhsil müəssisəsi yaradılıb.
Son iki ildə cənab Prezidenin iştirakı ilə dalbadal iki tələbə evi kompleksinin açılışı olub. Dövlətinin qayğısı ilə inkişafının zirvə ömrünə qovuşan təhsil ocağında oxumaq, elmi tədqiqatlar aparmaq üçün istənilən şərait yaradılıb. Tələbələrin sosial məsələləri ən yüksək səviyyədə həllini tapıb. Bütün bunlar və digər inkişaf yönümlü işlər təbii ki, keçirilən sorğularda da yüksək qiymətləndirilib. Görülən işlərə ədalətli qiymət verdikləri üçün rektor İbrahim Cəfərov sorğuda iştirak edən hər kəsə təşəkkürünü bildirib.
"Əziz tələbələr, valideyinlər, dəyərli həmkarlarım, Azərbaycan Universitetləri səhifəsinin izləyiciləri, növbəti sorğuda da fəal iştirak etdiyiniz üçün hər birinizə dərin təşəkkürümü və hörmətimi bildirirəm. Tələbələrimə isə söz verirəm ki, bundan sonra da bütün fəaliyyətimlə onların yanında olacam, onların daha yüksək təhsil alması üçün əlimdən gələn hər şeyi edəcəyəm. Bir daha Sizlərin hər birinə dərin təşəkkürümü bildirirəm. Yaşasın Azərbaycan gəncliyi! Yaşasın ADAU ailəsi!”
ADAU ailəsinin ayların və illərin əziyyətlərindən yaranan uğurları təbii ki, davamlı olacaq. Aqrar təhsil inkişafın daim zirvə ömrünü yaşayacaq.