“Google” sındırıla bilən şifrələri AÇIQLADI
"Google” mütəxəssisləri və Kaliforniyanın Berkli Universitetinin alimləri geridə qoyduğumuz ilin ən çox sındırılan şifrələrini proqnozlaşdırıblar.
Məlumata görə, məlum olub ki, birinci yerdə "123456” kombinasiyası qərarlaşıb. Bu qeyri-adi şifrədən 2017-ci ildə 6 milyondan az olmayan istifadəçi sayı istifadə edib.
Ən sadə şifrələr siyahısının ikinci yerində "password" sözü yer alıb. Belə şifrəni 2500 dəfə sındırmağa nail olunub.
Üçüncü yerdə qərarlaşan şifrə reytinqin liderindən bir qədər qəlizdir. Belə ki, "123456789" kombinasiyasını 2 milyon dəfə sındıra biliblər.