Dövlət İmtahan Mərkəzindən imtahan modeli barədə yeni AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli açıqlanıb.
2019-cu ildə həyata keçiriləcək qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq. Və bu zaman 700 ballıq sistem saxlanılacaq.
Yeni model barədə ümumi məlumat verilsə də, bir çox məsələlər, o cümlədən, hər fənndən nisbi balın nə qədər olacağı açıqlanmayıb. O zaman yeni modelin bütün detalları nə zaman açıqlanacaq?
Aztəhsil.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə modern.az-a açıqlamasında deyib ki, hazırda yeni modelin üzərində iş gedir.
"Artıq yeni imtahan modelinin ilkin variantı ictimaiyyətə məlumdur. Hazırda həmin modelin üzərində araşdırma gedir. DİM-də fənn seminarları təşkil olunub. Həmin seminarlarda imtahanların məzmunu müzakirə olunur, təkliflər irəli sürülür. Bu işlərin hamısı yekunlaşandan sonra artıq konkret olaraq qərar qəbul olunacaq. Hazırda ekspertlər öz təkliflərini verirlər. Ondan sonra isə yeni qəbul mexanizmi qanunvericilikdə təsdiq olunacaq”.
Xatırladaq ki, yeni qaydalara əsasən, 2019-cu ildən tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanları bir mərhələdə– tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurrikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I-IV qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər aşağıdakı fənlərdən imtahan verəcəklər: