Xəbərlər
16 noyabr 2017
2 442


Rektorlar Şurasının Əsasnaməsi müzakirə olunub

Rektorlar Şurasının Əsasnaməsi müzakirə olunub

Noyabrın 15-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.


Məlumata görə, tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

 

Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasını giriş sözü ilə açaraq ölkə başçısının rəhbərliyi ilə təhsil sahəsində aparılan məqsədyönlü islahatlar nəticəsində əldə olunan uğurlar və qarşıya qoyulan vəzifələr barədə məlumat verib.


Kollegiya iclasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev 2017-2018-ci tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun yekunları, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bəzi qayda və əsasnamələrin təsdiqi barədə məruzə edib.


Sonra təhsil nazirinin müavini Mətin Eynullayev Rektorlar Şurasının yaradılması haqqında məlumat verib.


İclasda Bakı Dövlət Universitetinin rektoru  Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov rəhbərlik etdikləri ali təhsil müəssisələrinin tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələr və maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatla çıxış ediblər.


Daha sonra ali təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri ilə bağlı çıxışlar olub, gündəlikdəki məsələlərə dair təkliflər səsləndirilib.


Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.


Kollegiya iclasında Rektorlar Şurasının Əsasnaməsi müzakirə olunduqdan sonra sənəd təsdiq edilib, eləcə də 2018-ci ildə ali təhsil müəssisələrinin prorektorlarının attestasiyasının keçirilməsi ilə bağlı qərar qəbul olunub.


İclasda Naxçıvan Dövlət Universitetinin 50, Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyləri münasibəti ilə rektorlar Saleh Məhərrəmova və Elxan Hüseynova Təhsil Nazirliyinin Fəxri fərmanı, həmçinin ölkə Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim” fəxri adına layiq görülən Xanhüseyn Kazımlıya dövlət təltifi təqdim olunub.

Rektorlar Şurasının Əsasnaməsi müzakirə olunub

Rektorlar Şurasının Əsasnaməsi müzakirə olunub

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ali təhsil müəssisələrinin prorektorları attestasiyadan keçiriləcək

Ali təhsil müəssisələrinin prorektorları attestasiyadan keçiriləcək

Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirildi...

Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirildi...

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

ADU-nun yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub

ADU-nun yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanda təhsil müəssisələrinin texniki pasportları hazırlanacaq

Azərbaycanda təhsil müəssisələrinin texniki pasportları hazırlanacaq

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib

KİVDF müsabiqə elan etdi

KİVDF müsabiqə elan etdi

ADPU-də Respublika Elmi Konfransı keçirilib

ADPU-də Respublika Elmi Konfransı keçirilib

Təhsil naziri: "Universitetlər güclü rəqabət imkanlarına malik olmalıdır"

Təhsil naziri: "Universitetlər güclü rəqabət imkanlarına malik olmalıdır"

Abel Məhərrəmov: “Yeddi min tələbə üçün böyük yataqxana kompleksi inşa olunacaq”

Abel Məhərrəmov: “Yeddi min tələbə üçün böyük yataqxana kompleksi inşa olunacaq”