Dövlət qulluğuna qəbulda YENİLİK
Dövlət qulluğuna qəbul üçün keçirilən əvvəlki imahanlardan fərqli olaraq, yeni qəbul modelində dünyagörüşü bloku ləğv edilib, onun yerinə Azərbaycan dili bloku yerləşdirilib.
Aztəhsil.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, qanunvericiliyə edilən əsas dəyişikliklərə uyğun olaraq, dövlət qulluğuna qəbul üçün yeni test bankı və vəzifə qrupları üzrə 20 yeni test proqramı hazrlanıb:
V. Misirov qeyd edib ki, test imtahanlarının yeni modeli hazırlanıb. Test imtahanı modeli kifayət qədər mürəkkəbləşdirilib. Digər tərəfdən, kifayət qədər çevik model yaradılıb. Yeni modelin yoxlanılması məqsədilə artıq oktyabrın 5-dən dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanları keçirilib”.
V.Misirov qeyd edib ki, test imtahanlarının məzmununda da yeniliklər mövcuddur:
"Əvvəlki imtahanlardan fərqli olaraq, test imtahanları vakant vəzifələr üzrə deyil, vəzifə qrupları üzrə keçiriləcək".