Atatürkün son anları və son nəfəsdə dedikləri- MARAQLI
Dünən- 10 noyabrda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfatının 79-cu ildönümündə bütün Türkiyədə təşkil olunan mərasimlərlə anılır.
Aztəhsil.com moderator.az-a istinadən xəbər verir ki, Atatürkün həyatı ilə bağlı 20 ildir tədqiqatlar aparan Hacettepe Universiteti tarix kafedrasının müəllimi Əli Gülər Atatürkün ölmədən əvvəl son sözünün "Aleykümesselam" olduğunu deyib.
Ali Gülərin sözlərinə görə, Atatürkün son günləri belə olub. Atatürkün xəstəliyi ilk olaraq 1938-ci ilin yanvar ayında Yalovada üzə çıxıb. Qanaxmalar və qaşınma başlayıb. Həkimlər qaraciyərin serrozundan şübhələnirlər.
"Atatürk iddia edildiyi kimi Mason həkimlər tərəfindən civəli dərman verilərək zəhərlənməyib. O, civəli "Saligran” adlı bir sidik dərmanı istifadə edirdi. Tədqiqatlarımdan gördüm ki, 1950-ci ilə qədər civəsiz bir sidikqovan yox idi. Atatürkün ölüm səbəbi qaraciyərin serrozu deyilən qanlı qara ciyər iltihabı olub. Həkim hesabatlarına görə bunun səbəbi alkoqol istifadə etməsi idi. Atatürkün gecə öldüyü, ancaq tədbir görülməyəcəyi səbəbilə 09:05-də elan edildiyi iddiası doğru deyil. Son dövrü dəqiqə-dəqiqə raporlanıb”.
Şəxsi həkimi Neşet Ömer İrdelp Atatürkdən dilini uzatmasını istəyir, amma Atatürk dilini içəri çəkir. Başını sağa çevirib, biri ilə danışırmış kimi "Aleykümesselam” deyərək 8 noyabr 1938-ci ildə saat 19:00-da komaya girir. Vəfat edənə qədərki 38,5 saat boyunca danışmır.