AzTehsil.com


Xəbərlər
08 noyabr 2017
2 928


"Ağsutexçilər" məktəb ərazisində meyvə ağacları əkiblər



"Ağsutexçilər" məktəb ərazisində meyvə ağacları əkiblər

3 noyabrda "Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "AĞSUTEX: Məktəbdə texniki fənlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” layihəsi çərçivəsində ağac əkimi aksiyası keçirilib.


"Ağsutexçilər” A.T.Nadirov adına Ağsu şəhər 1 №-li təbiət fənnləri təmayüllü məktəb-liseydə Biopark yaradılması üçün nəzərdə tutulmuş ərazidə meyvə ağaclarının əkimi tədbiri keçiriblər. Layihədə iştirak etmək üçün əvvəlcədən sorğu əsasında seçilmiş könüllü şagirdlərin və müəllimlərin iştirak etdiyi tədbirdə alma, heyva, albalı, gilas, əzgil, tut və s. meyvə ağacları və eləcə də gül ağacları əkilib. Həmin ərazidə əvvəldən də ağaclar olduğuna və ağacların budanma mövsümü olmadığına görə layihə icraçıları belə qərara gəldilər ki, yaxın gələcəkdə həmin ağacların, eləcə də təzə əkilən ağacların budanması və zərərvericilərə qarşı və eyn zamanda səliqəli görünməsi üçün ağardılması tədbirləri keçirilsin.


Tədbir məktəb kollektivi tərəfindən maraqla qarşılanıb.


"AĞSUTEX: Məktəbdə texniki fənlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” layihəsinin əsas məqsədi müasir təhsil proqramlarında qarşıya qoyulan əsas vəzifələrə uyğun olaraq təhsilin əyaniliyini, təcrübiliyini, innovativliyini və beynəlxalq təhsil proqramları ilə əlaqədə inkişafını təmin etmək üçün Ağsu şəhəri 1№-li təbiət fənnləri təmayüllü məktəb-liseydə texniki-təbiət - kimya, fizika, biologiya, texnologiya fənnlərinin tədrisində müasir innovativ üsulları istifadə və tətbiq edərək tədrisin səviyyəsini yüksəltməkdir.


Layihə çərçivəsində həm AzGranata qida sənayesi müəssisəsinin laboratoriyasında, həm də Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində praktiki kurslar keçirilməsi nəzərdə tutulub. Həmin kurslarda iştirak edəcək məktəblilərin seçimi üçün iki mərhələdə seçim turu olub. Əvvəlcə məktəblilərə şifahi sorğu ilə müraciət olunaraq 180 şagirddən texniki-təbiət fənnlərinə marağı olan 52 Ağsutexçi məktəbli müəyyən edilib.


Sənan Nemətovun rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.


Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib. 




Загрузка...
Həmçinin oxuyun:
“Müəllimlər otağı”nda şagirdlər bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər

“Müəllimlər otağı”nda şagirdlər bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər

Qrant müsabiqəsi üzrə qalib layihələr

Qrant müsabiqəsi üzrə qalib layihələr

Xüsusi istedada malik şagirdlər üçün ustad dərsləri davam edir

Xüsusi istedada malik şagirdlər üçün ustad dərsləri davam edir

Məktəblərdə "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq: layihəyə start verildi - FOTOLAR

Məktəblərdə "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq: layihəyə start verildi - FOTOLAR

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Təhsil Nazirliyi müsabiqə elan edir

Təhsil Nazirliyi müsabiqə elan edir

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Martın 13-də Göygöl rayon Texniki təbiət fənləri təmayüllü liseydə Skautların təqdimatı keçirilib

Martın 13-də Göygöl rayon Texniki təbiət fənləri təmayüllü liseydə Skautların təqdimatı keçirilib

Qusar orta məktəbi pilot layihədə qalib olub

Qusar orta məktəbi pilot layihədə qalib olub

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Məktəb psixoloqları üçün seminar

Məktəb psixoloqları üçün seminar

Texniki- humanitar təmayüllü liseydə biologiya fənnindən açıq dərs keçirilib

Texniki- humanitar təmayüllü liseydə biologiya fənnindən açıq dərs keçirilib

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

Təhsil Nazirliyi: Bu il Azərbaycanda 30 minə yaxın şagird təmayül siniflərdə təhsil alır

Təhsil Nazirliyi: Bu il Azərbaycanda 30 minə yaxın şagird təmayül siniflərdə təhsil alır

“Məktəb bağları” layihəsi Zaqatalada davam etdirilib

“Məktəb bağları” layihəsi Zaqatalada davam etdirilib

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

VII sinif şagirdləri arasında riyaziyyat və məntiq fənlərindən seçim turu keçirilmişdir.

VII sinif şagirdləri arasında riyaziyyat və məntiq fənlərindən seçim turu keçirilmişdir.

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

İstedadlı şagirdlərin seçimi aparılıb

İstedadlı şagirdlərin seçimi aparılıb

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu