“Kainatı kəşf edək” fotomüsabiqəsinin qalibləri müəyyənləşib
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) və Azərbaycan Fotoqrafları Birliyinin təşkilati dəstəyi, AMEA N.Tusi adına Şamaxı Astrofizika rəsədxanasının təşkilatçılığı ilə təşkil edilmiş "Kainatı kəşf edək” fotomüsabiqəsinin nəticələri açıqlanıb.
Azərbaycanla yanaşı Rusiya, Türkiyə, İran və Qazaxıstandan peşəkar fotoqraf və həvəskarların müsabiqəyə təqdim etdiyi 100-dən çox fotoşəkil münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun qərara görə I yerə Türkiyədən Ali İhsan Öztürk, II yerə Aleksandr Ağababayev və III yerə Etibar Cəfərovun çəkdiyi fotoşəkillər layiq görülüb.
Bundan başqa, müsabiqədə qiymətləndirilmiş 25 ən yaxşı iş fotosərgidə nümayiş olunub. Tədbirin sonunda qaliblər diplomla mükafatlandırılıb, "Kainata” səyahət astroturizm mərkəzində istirahət imkanı qazanıblar. Sərgidə iştirak edən fotoşəkillərin müəlliflərinə isə sertifikatlar təqdim olunub.