Azərbaycandakı Facebook istifadəçilərinin nəzərinə – Şəxsi məlumatlarınızla bağlı yenilik olacaq
"Azintelecom” şirkəti hazırda istifadəçilərin məlumatlarının ehtiyat mərkəzinin yaradılması üzərində iş aparır ki, bu da gələcəkdə Azərbaycanda "Facebook” istifadəçilərinin şəxsi məlumatlarını lokallaşdırmağa imkan verəcək.
Aztəhsil.com xəbər verir ki, bu barədə trend-ə özəl olaraq şirkətdən bildiriblər.
Şirkət nümayəndəsinin sözlərinə görə, məlumatların coğrafi rezervləşdirilməsi istifadəçilərin şəxsi məlumatlarının ikiqat təhlükəsizliyini təmin etməyə imkan verəcək.
"Internet World Stats”ın məlumatına görə, Azərbaycanda "Facebook” istifadəçilərinin sayı 2016-cı ilin statistikasına görə, 1,8 milyon nəfər təşkil edir.