Gəncədə ara qarışıb: Nazirlik adından məktəbi yoxlayan kim imiş? - Şok təfsilat
Gəncədə Mikayıl Müşfiq adına 14 saylı məktəbin direktoru Qasımov Elnur Fazil oğluna müəllimlər tərəfindən ittihamlar var.
Aztəhsil.com palitika.az-a istinadən xəbər verir ki, bir qrup müəllim təhsil ocağında aparılan qanunsuz yoxlamanı ifşa edib.
Onların sözlərinə görə, direktor təhsil naziri Mikayıl Cabbarovun yararsız kadrlarından biridir.
"Məktəbdə tədris prosesinin çox aşağı səviyyədə olması, IX, X, XI sinif şagirdlərinin dərsə gəlməyərək repetitor yanına getməsi, məktəbdə şagirdlərdən pul yığılması və s. kimi amillər artıq bütün məktəblərdə olduğu kimi, ənənə halını alıb. Lakin biz başqa bir faktdan danışacağıq.
Xeyli müddətdir ki, məktəbimizə bir nəfər müəllimə vaxtaşırı olaraq gəlir. Bu müəllimə məktəbə gələrək özünü professor və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndəsi kimi təqdim edir.
O, dərslərin keyfiyyətini yoxlamaq məqsədi ilə gəldiyini bildirirdi. Təcrübəsiz və naşı direktorumuz isə ondan heç bir sənəd tələb etmədən bu xanımın fəaliyyətinə şərait yaradırdı.
Bu günlərdə yenə də həmin xanım dərs otaqlarının birinə girib, dərsin gedişinə müdaxilə edərək müəllimənin savadsız olduğunu deyib və onu dərsdən çıxardıb.
Nəticədə müəllimə əsəb sarsıntısı keçirmiş, hüşunu itirmiş və nəticədə məktəbə təcili yardım maşını çağırılmışdı”.
Sonradan işin üstü açılıb. Məlum olub ki, bu şəxs heç də professor deyil və Təhsil Nazirliyi ilə əlaqəsi yoxdur.
Demə, o, Gəncə Dövlət Universitetinin Təsviri- incəsənət kafedrasının müəllimi Səidə Abdulla qızı Tağıyevadır.
Şikayətçi müəllimlər qeyd edirlər k, bu saxtakarlıq faktıdır:
"Biabırçılığa bir baxın -"mən professoram" deyib məktəbin direktorunun üstünə şığıyan bu qadın cəzasızlıqdan qorxmayaraq direktoru və dərs hissə müdirini təhqir edir, "işləyə bilmirsiz ,çıxın cəhənnəm olun" deyə onlara qışqırır, direktorun iş planını, sinif jurnallarını, pedaqoji şuranın sənədlərini, əmrləri yoxlamaq üçün tələb edir.
Bacarıqsız və təcrübəsiz direktor isə aldanaraq onun bütün göstərişlərinə tabe olub. Direktor o dərəcədə təcrübəsizdir ki, Gəncə şəhər Təhsil İdarəsinə belə məlumat verməyib”.
O da məlum olub ki, Səidə Tağıyeva məktəbin müəllimi Səhər xanımın bacısıdır:
"Səhər xanım müəllimlərin diaqnostik qiymətləndirməsi zamanı çox zəif nəticə göstərib.
Ona görə də onun dərs saatları alınaraq həmin təhqir olunmuş müəllimlərə paylanıb. Direktora olan bu hücumun və yoxlamanın arxasında direktoru qorxudaraq bacısının dərs yükünün qaytarılması məqsədi güdülürmüş.
Artıq özünü Təhsil Nazirliyinin səlahiyyətli nümayəndəsi kimi təqdim edib saxta professor vəsiqəsi göstərərək məktəbin altını üstünə çevirən xanımın fəaliyyəti ilə bağlı direktor Elnur Qasımov tərəfindən Gəncə Dövlət Universitetinin rektoruna məlumat verilib.
Gözləyək görək, Təhsil Naziri Mikayıl Cabbarov və Gəncə Dövlət Universitetinin rəhbərliyi saxta professor xanım haqqında hansı tədbiri görəcək?”
Məktəbin bir qrup müəllimi:
Əhmədova Sucayət Nəriman qızı
Qoşqarova Məleykə Paşa qızı
Rüstəmova İlhamə Rüstəm qızı
Əliyeva Sadəgül Bala qızı