İran dərsliyində Ermənistanla bağlı biabırçı yalan - FOTO
İranda Azərbaycan və türk sözləri bir çox dərsliklərdən silindiyi halda, tarixi kitablarda ermənilərin yalançı iddiasına uyğun əsassız materiallar dərc olunur.
Aztəhsil.com axar.az-a istinadən xəbər verir ki, sözügedən şəkillərdən biri 4-cü sinfin "İctimai mütaliələr" kitabının 54-cü səhifəsində əks olunub. Şəkildə göründüyü kimi, kitabdakı xəritədə bölgədə qonşu millətlərdən daha qədim tarixə malik olan türklərdən heç bir xəbər yoxdur, lakin geniş bir ərazinin üzərində "Ermənistan” yazılıb.
Güneydəki soydaşlarımız bildirirlər ki, belə dəsrliklərin hazırlanmasında məqsəd Azərbaycan türklərini öz tarixi və mədəniyyətindən uzaqlaşdırmaqdır.