Gündə 10 ədəd yeyin - Min dərdin dərmanı
Gündə 10 ədəd yeməklə bir çox xəstəliklərdən qoruna bilərsiniz.
Aztəhsil.com mətbuat.az-a istinadən xəbər verir ki, söhbət fıstıqdan gedir. 100 qram fıstıq bədənin gündəlik protein, vitamin B1 və fosfor ehtiyacının 35 faizini qarşılayır.
Qandakı xolestrol səviyyəsini aşağı salır. Şəkər xəstələri rahatlıqla yeyə bilər. Ağciyər üçün iltihab təmizləyicidir. Sinəni yumşaldır, ağrıları azaldır. Havalar soyuduqca qripə yoluxanların da sayı artır.
Fıstıq qripin fəsadlarından olan öskürəyin yox olmasına yardım edir. Mütəxəssislər deyir ki, fıstıqda yer alan protein və fosfor dana ətindəkindən 4 dəfə çoxdur.