Qış mövsümünə bizi hazırlayan qidalar — SİYAHI və FOTOLAR
Qış mövsümünə hazırlaşmaq o qədər də çətin deyil. Bunun üçün sadəcə düzgün qaydalara əməl etmək lazımdır.
Aztəhsil.com ölkə.az-a istinadən xəbər verir ki, bu gün oxucularına qış mövsümünə orqanizmi hazırlayan qidaların siyahısını təqdim edir.
Payız mövsümündə orqanizmi qışa hazırlamaq çox vacibdir. Bu səbəbdən həkim-dietoloqlar qida rasionuna bəzi qidaları daxil etməyi məsləhət görürlər. Bu qidalar orqanizmin müdafiə funksiyasını aktivləşdirir və soyuqdəymə xəstəliklərinə qarşı müqaviməti artırır.
1.Balqabaq
Balqabaq əvəzedilməz payız qidası sayılır. Əla antioksidantdır. İmmunitet sisteminə və həzm prosesinə müsbət təsir edir.
2.Qoz-fındıq
Tərkibində yağlı turşular olsa da, tərkibi vitaminlə çox zəngindir.
3.Göbələk
Göbələk qışda yağlı ət növlərinin əla əvəzedicisi ola bilər. Göbələyin tərkibi zülal və kaliumla çox zəngindir. Bu maddələr isə ürəyin fəaliyyəti üçün önəmlidir.
4.Çaytikanı
Qida rasionuna çaytikanı giləmeyvəsi də əlavə etmək lazımdır. Çünki vitaminlə o qədər də zəngin olmayan bu meyvə qışda virusların hücumuna qarşı əla vasitə sayılır.
5.Bolqar bibəri
Müdafiə mexanizmini yaxşılaşdırmaq üçün soyuqların düşməsi ilə bərabər bolqar bibəri qəbul etmək lazımdır. Bibərin tərkibi C vitamini və askorbin turşusu ilə zəngindir.
6.Alma
Alma orqanizm üçün məhz qış aylarında lazımdır. Çünki almanın tərkibində immuniteti gücləndirən C vitamini, qanın tərkibini yaxşılaşdıran dəmir var. Bundan başqa alma əla antioksidant sayılır.
7.Kələm
Kələmin tərkibində kifayət qədər çox C vitamini var. Bundan başqa kələm həzm sistemi və ümumi orqanizm üçün faydalıdır.