Eynşteynin xoşbəxtlik resepti 1,56 milyon dollara SATILIB
Albert Eynşteynin xoşbəxt həyat reseptinin yazıldığı qeyd Qüdsdə keçirilən hərracda 1,56 milyon dollara satılıb.
Aztəhsil.com BBC telekanalına istinadla xəbər verir ki, bu qeydi Eynşteyn 1922-ci ildə Tokio otelinin kuryerinə bəxşiş qismində verib. Nobel mükafatı ilə təltif olunduğundan yenicə xəbər tutan alim kuryerə deyib ki, ola bilsin, bu qeyd bəxşişdən çox-çox qiymətli olacaq.
Nisbilik nəzəriyyəsinin müəllifi Nobel mükafatına layiq görülən zaman Yaponiyada mühazirələr oxuyurdu. O vaxt kuryer Eynşteynin qaldığı otağın qapısını döyərək bağlama gətirib və alimin bəxşiş verməyə pulu olmayıb. Bunun əvəzində o, kuryerə "Imperial Hotel Tokyo”nun loqotipi olan bloknotun vərəqini verib. Vərəqdə görkəmli fizikin əli ilə alman dilində belə yazılmışdı:
"Sakit və qənaətcil həyat uğurlar arxasınca daim narahatlıqla müşayiət olunan qaçışdan daha çox xoşbəxtlik gətirir”.
Eynşteynin həmin vaxt yazdığı ikinci qeyddə deyilir: "Harada iradə varsa, orada vasitə də var”. "Vinners” hərrac evinin məlumatına görə, bu qeyd 240 min dollara satılıb.
İki lotun yekun qiyməti gözlənildiyindən xeyli yüksək olub. Bu qeydlərin birini adının gizli qalmasını istəyən bir avropalı alıb. Qeydləri isə satışa onları Albert Eynşteyndən alan kuryerin qohumu çıxarıb.
Eynşteynin xoşbəxtlik düsturu Satıldı
Albert Eynşteyn dərslərindən “2” alırdı? – ATTESTAT FOTOSU
“Nobel” mükafatını alan ilk qadın, o həm də...
Eynşteynin həyatı barədə bilmədiyiniz 10 maraqlı məlumat
Aziz Sancar-“Bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”
“Google” “ağıllı” rayon yaradır - 1 MİLYARD DOLLARA
Aziz Sancar İqtisad Universitetində azərbaycanlıları nəyə çağırdı? - İBRƏT DƏRSİ...
Manat niyə ucuzlaşır ? EKSPERT RƏYİ
Nobel mükafatı alanlar arasında qadınlar da var
Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək
Uşaq kitablarının içindən narkotik maddə və gizli sənədlər tapıldı
Dünyanı öz zəkası ilə heyrətləndirən DAHİLƏR
Nobelçi alimdən cahilliyi müsəlmanlıqla bağlayanlara sillə kimi cavab...
Psixoloqu məktəb direktorunun ərinə döydürən səbəb- “Aralarında münaqişə yaranıb”
Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?
Dövlət İmtahan Mərkəzi ikinci qəbul imtahanına görə 2 milyon 725 min manat qazandı
Təhsil naziri kimya üzrə Nobel mükafatı laureatı ilə görüşüb
“Microsoft”un bazar dəyəri 600 milyard dolları ötdü
ABŞ-da 3D printerlə raket yaradılacaq
Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb
Sumqayıtda məktəb stadionlarını satırlar..VİDEO
ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib
Son illər ərzində şagirdlərin sayıt artıb ya azalıb?statistik göstərici