Baş Prokurorluq: "İqtisad Universiteti ilə bağlı cinayət işinin istintaqı davam edir"
Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı cinayət işi başlanılıb, hazırda istintaq hərəkətləri davam etdirilir.
Aztəhsil.com trend.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, konkret olaraq kimlərin məsuliyyətə cəlb olunması istintaqın yekununda bilinəcək:
"Bu barədə mətbuata da məlumat verilib. İstintaqda nə qədər şəxsin dindirildiyini deyə bilmərəm. Yoxmalar təyin etmişik. Sənədlərin götürülməsi üçün istintaq hərəkətləri davam etdirilir".
Universitetin sabiq rektoru Şəmsəddin Hacıyevin dindirilməsi ilə bağlı suala cavab verən K.Əliyev bununla bağlı bir söz deyə bilməyəcəyini vurğulayıb: "Bununla bağlı bir söz deyə bilmərəm. Çünki həmin işlə bağlı dindirmələr davam edir. Konkret adı çəkilən və digər şəxslərlə bağlı məlumat verə bilmərəm".